Qadin.NET / Badamcıq əməliyyatı

Badamcıq əməliyyatı

Boğazda badamcıqların tez-tez əmələ gəlməsinin ilk müalicəsi dərmanlarla müalicədir. Cərrahiyyə əməliyyatı son seçimdir. Sağlam insanda badamcıqlar təbii qoruma səddidir. Əlbəttə ki, bu badamcıqların alınması məsləhət görülmür. Ancaq badamcıqlar zərər verirsə və müalicələrə cavab vermirsə, bu zaman cərrahiyyə əməliyyatı haqda düşünülməlidir. 

Badamcıq əməliyyatı

Badamcıq uşaqlarda nə zaman əməliyyat olunmalıdır?

Uşaqlarda ildə 4 dəfə və daha çox iltihablanan badamcıqlar cərahiyyə yolu ilə götürülməlidir. Əgər bu badamcıqlar nəfəs almanı zəiflədirsə, gecə yatarkən uşaqlar ağzıaçıq yatırsa və nəfəs almaqda çətinlik çəkirlərsə, badamcıqlar mütləq əməliyyat yolu ilə götürülməlidir. Diş və çənədə böyümə və gərilməyə səbəb olan, ürək və böyrəklərə ciddi ziyan vuran badamcıqlar, əlbəttə ki, əməliyyat yolu ilə götürülməlidir.

Badamcıq iltihabının əlamətləri hansılardır?

Övladınızda aşağıdakı əlamətlərdən biri və ya bir neçəsi müşahidə oluna bilər:

1. Boğaz ağrısı

2. Udqunma zamanı ağrı hissi

3. Ağızda pis qoxu

4. İstilik

5. Səsində qırıqlıq

6. Boyundakı damarlarda böyümə

Əgər övladınızın boğazına baxsanız, badamcıqların qızardığını və böyüdüyünü görə biləcəksiniz. Bəzən badamcıqların üzəri ağ və sarı maye ilə örtülə bilər. Əgər badamcıqların iltihabından şübhə etsəniz, həkimə müraciət edin.

Badamcıq əməliyyatı

Badamcığın müalicəsi və əməliyyatı nə zaman vacibdir?

Antibiotiklər sayəsində çox zaman badamcıqların iltihabının qarşısını almaq mümkündür. Ancaq bu hallar tez-tez baş verirsə, bu zaman həkim məsləhəti ilə əməliyyat olunmalıdır. Həkiminiz bu iltihablanamaya səbəb olan mikrobları ilk öncə araşdıracaq və ona uyğun müalicə və antibiotiklər təyin edəcək. Aşağıdakı hallarda cərrahiyyə əməliyyatı məsləhət görülür:

* Badamcıqlar övladınızın nəfəs almasına mane olacaq qədər böyüyübsə;

* Övladınız udqunarkən əziyyət çəkirsə;

* Tez-tez təkrarlanan boğaz ağrısı zamanı;

* Tez-tez təkrarlanan boğaz iltihabı zamanı;

* Orta qulaq iltihabı və sinuizit kimi proseslərə səbəb olduğu zaman.

Badamcıq əməliyyatı

Badamcıq əməliyyatı zamanı nələr baş verir?

Cərrahiyyə əməliyyatı nə qədər asan olursa-olsun, uşaqlar və valideynlər üçün həmişə narahatlığa səbəb olur. Övladınıza onu nələrin gözlədiyini və əməliyyatdan sonra nələr olacağını izah etsəniz, onu bu əməliyyata hazırlamış olarsınız. 

Badamcıq əməliyyatında:

*  Övladınız ümumi anesteziya edilərək yatırdılacaq.

*  O, 20-30 dəqiqə yatacaqdır.

* Cərrah badamcıqları övladınızın ağzının içindən götürəcək, bunun üçün dəridə heç bir kəsik olmur.

* Cərrah badamcıqları olduqları yerdən kəsib götürəcək və qanamanın qarşısını alacaq.

Badamcıq əməliyyatı

Əməliyytadan sonra əgər xəstədə qanaxma baş verərsə, bu zaman yenə əməliyyat otağına aparıla bilər. Əsasən bu əməliyyatdan sonra xəstəxanada qalma müddəti 5-10 saat arasında dəyişir. Ancaq 3 yaşadək uşaqlara xəstəxanada 1 gün qalmaq məsləhət görülür. 

Sonda hər kəsə sağlam həyat arzu edirəm.

29 dekabr 2013
GO BACK