Ağacların enerjisi
Hələ qədim zamanlardan ağacların insanlara müalicəvi təsir göstərdiyi məlum idi. Xalq arasında ağacların təkcə müalicə etdiyi deyil, həm də bizə enerji verdiyi deyilir. РҐРҐ əsrdə alimlər aşkar etdilər ki, ağaclar insan orqanimzinə faydalı olan elektromaqnit impulsları yayır və bu araşdırma nəticəsində dendroterapiya meydana gəldi.
Ağacların insana təsir etmə radiusu 2-3 metr təşkil edir. Bu impulslar zəifdir, buna görə də sağlamlaşdırma effektinin yaxşı olması üçün kürəyi ağaca söykəmək və ya onu qucaqlamaq lazımdır. Elə ağac seçin ki, ona söykənmək asan olsun. Ağacın gövdəsi qalın olmalıdır. Xəstə, kələ-kötür, quru budaqları olan ağac seçməyin. Ağacın enerjisi ilə yayda və qışda müalicə olunmaq olar.
Dendroterapiya seansı necə keçirilir?
1-ci vəziyyət: Arxanızı ağacın gövdəsinə çevirin, kürəyinizi və çiyinlərinizi ona söykəyin. Ayaqlarınız bir-birindən aralı olmaqla onurğanızı ağaca söykəyin. Bu poza radikulit, nevrasteniya, böyrək ağrısı, osteoxondroz xəstəlikləri üçün faydalıdır.
2-ci vəziyyət: Diz üstə dayanın və ya üzü ağaca olmaqla yerdə oturun. Gövdəni qucaqlayın, qarın və sinənizlə ona söykənin. Belə vəziyyətdə mədənin, mədəaltı vəzinin, bağırsaqların, qaraciyərin, ürəyin və ağciyərlərin fəaliyyəti yaxşılaşır.
Seansın müddəti 5 dəqiqədən çox olmamalıdır, əks halda başağrısı, təzyiqin qalxması və yuxunun pozulması ilə müşayiət olunan "enerji vurması" baş verə bilər.
Dendroterapiya seansını gündə 2-3 dəfədən artıq keçirmək olmaz. Seans yatmazdan 2-3 saat öncə keçirilməlidir. Səhərin erkən saatları və ya günorta saat 16.00-18.00 seans üçün ən yaxşı vaxt hesab edilir.
Dendroterapiya iki prinsipə əsaslanır: "soyuq" ağaclar insandakı artıq neqativ enerjini götürür, "isti" ağaclar isə enerji verməklə öz gücünü insanla bölüşür.
Əgər siz idmanla fəal surətdə məşğul olur, ac qalırsınızsa, təzyiqiniz 100/60-dan az olursa, kömək üçün "isti" ağacları - palıd, tozağacı, fıstıq, şam, akasiya, ağcaqayın, şabalıd, alma, cökə - seçməlisiniz.
Yüksək təzyiq zamanı (140/90-dan yüksək) "soyuq" - ağcaqovaq, qızılağac, qovaq, ardıc söyüd ağacları köməyinizə çatacaq.
Yerdə qalan bütün növ ağaclar neytral sayılır.
Meşə fitnes-klubu
Qadınlar öz sağlamlıqlarını möhkəmlətmək və formada qalmaq üçün fitnes-klublardakı qaçış trenajorundan istifadə edilər. Məlum olub ki, tozağacı meşəsində qaçışla məşğul olmağın effekti trenajordan əldə edilən nəticədən iki dəfə çoxdur. Hətta 10 dəqiqə olmaqla gündə 3 dəfə tozağacını qucaqlayıb dayansanız, artıq çəkini itirməyə başlayacaqsınız. Tozağacı orqanizmdə baş verən prosesləri, hormonal mühiti, maddələr mübadiləsini tarazlayır ki, bu da çəkinin azalmasına səbəb olur.
Alimlər belə bir araşdırma aparıblar: arıqlamaq istəyən qadınları 2 qrupa bölüblər. 3 ay ərzində bir qrup qadın qaçış trenajorunda, o birilər isə tozağacı meşəsində qaçışla məşğul olublar. Hər iki qrupdakı qadınlar eyni miqdarda kalori yandırıblar. Ancaq təmiz havada qaçan qadınlarda 83 % çox arıqlama müşahidə edilib.
Evdə dendroterapiya seansı
Dendroterapiyadan ev şəraitində də yararlana bilərsiniz.
* Evdə cökə ağacından hazırlanmış qaşıqla yemək yeyin. Enerjinizin artacağını hiss edəcəksiniz.
* "Soyuq" ağaclardan hazırlanmış daraqla başınızı darasanız, stressdən və başağrısından azad olacaq, yüksəlmiş təzyiqiniz aşağı düşəcək.
* Gümrah olmaq, təzyiqi normallaşdırmaq, saçların tökülməsinin qarşısını almaq üçün tozağacı və fıstıq ağaclarından hazırlanmış daraqla saçlarınızı darayın.
Maraqlı fakt
Ən yaxşı həkim - təbiətdir. Təbiətin səs terapiyası - yarpaqların xışıltısı, quşların nəğmələri, yağışın səsi bir neçə dəqiqə ərzində insanı stressdən uzaqlaşdırmağa malikdir.
Bunu nəzərə alan avstriyalı psixoloqlar "Meşəyə zəng et" adlı orijinal metodikadan istifadə edirlər. Stress keçirən şəxs telefonla müəyyən edilmiş nömrəyə zəng edir, xətt avtomatik birləşdirilir. Bu zaman məsafəli dendroterapiya seansı baş verir - zəng edən şəxs sakitliyə və təbiətin səsinə qulaq asır.
Bu nömrəyə böyük şəhərlərdə quraşdırılmış yaşıl telefon köşklərindən zəng etmək mümkündür. Səsi telefonla ötürən mikrofonlar Avstriyanın cənubundakı qoruqlarda quraşdırılıb.