Belə qəbul edilib ki, qadınların göz yaşı ta uşaqlıqdan onların ayrılmaz hissəsinə çevrilir. Bəs görəsən qadınlar niyə tez-tez ağlayır? Kişilərin fikrincə, qadınlar ağlayıb-sızlamağı sevir. Gəlin buna başqa baxış bucağı altında – tibbi nöqteyi-nəzərdən baxaq.
Göz yaşı hardan gəlir?
Hormonlar – endokrin vəziləri sisteminin hasil etdiyi bu kimyəvi maddələr həm kişilərin, həm də qadınların emosional vəziyyətini təyin edir. Qadınların göz yaşlarının miqdarına əsasən prolaktin hormonu təsir edir: onun səviyyəsi nə qədər yüksək olarsa, göz yaşları bir o qədər çox axar. Kişi hormonu olan testosteron göz yaşları yaranmasını azaldır, buna görə də qadınlar kişilərə nisbətən daha tez-tez ağlayırlar.
“Hormonal partlayış”
Hər bir qadının xoşbəxt həyatında “hormonal partlayış”ın baş verdiyi dövrlər olur. Bu, qızlarda aybaşının başladığı böyümə dövrü, hamiləlik, doğuş və klimakteri (hormonal sistemin sönməsi) dövrüdür. Hamı bilir ki, ağladıqdan sonra insan yüngülləşir. Ağlayan kəs sakitləşir, çünki göz yaşları ilə birlikdə stress hormonlarının qalığı xaric edilir.
“Qiymətli” göz yaşları
Hormonların artıb-azalması zamanı qızlar stressə, məişət qayğılarına, şəxsi həyatdakı uğursuzluqlara qarşı həssas olur. O ağlayır, stress hormonları isə azalmır. Bu zaman orqanizm əsəbi cəhətdən tükənir. Deməli, stress səbəbindən nə qədər çox göz yaşı axarsa, bu, orqanizm üçün bir o qədər “qiymətli” olacaq.
Bütün qadınlar eynidir
Bu, heç də doğru deyil. “Ağlağan xarakter”ə mənfi amillər də təsir edir: temperamentin melanxolik tipi, sıxıntılı irsilik (yaxın qohumlarda depressiya, suisidə cəhd halları), uşaqlıqdan sağlamlığın zəif olması, fiziki xəstəlik (başın zədələnməsi, insult, vitamin çatışmazlığı və s.). Nahaq yerə deməyiblər: “Sağlam bədəndə sağlam ruh olar”. Belə amillərin olmaması qadınların hormonal dəyişikliklərin öhdəsindən asanlıqla gəlməsinə səbəb olacaq.
Buna görə də çalışmaq lazımdır ki, stresdən gözəl qadın gözlərindən bir damla da olsa göz yaşı axmasın. Çünki göz yaşları heç də həmişə “yüngül” deyil, bəzən “qızıla bərabər” olur.