Qadin.NET / Skolioz-dəhşətli əyrilik

Skolioz-dəhşətli əyrilik

Skolioz-latın sözü “scoliosis” sözündən götürülmüşdür.Mənası “əyri “ deməkdir.Yəni onurğa sütununun anormal vəziyyətdə əyriliyi.Əsasən yeniyetmə dövründə yaranaraq,gənc yaşlarda təkmilləşir.Skoliozun yaranma səbəbləri aşağıdakılardır:

1.Güclü zədələr

2.Onurğanın sınması

3.Beli əyri tutaraq gündəlik yerimə  vəziyyəti

4.Kompyuter qarşısında boyunu əyri vəziyyətdə saatlarla oturma halları

5.Ağır çantaları yalnız bir çiyində gəzdirmək

5.Zəif fiziki bədən

6.Doğru qidalanmamaq

7.Rəxit,vərəm,plevrit,radukulit və digər xəstəlikərin nəticəsində yarana bilər.


Skolioz əsasən iki formadan ibarətdir:

1.Sadə skolioz

2.Mürəkkəb skolioz.


Sadə skoliozda əsasən onurğa bir noqtədən başlayaraq yalnız bir istiqamətə doğru əyilir.

Mürəkkəb skoliozda isə onurğa bir nöqtədən başlayaraq müxtəlif istiqamətlərə doğru  əyilir. Onurğa əyriliyi döş qəfəsində deformasiya yaradaraq,daxili orqanların bir-birilə sıxılmasına gətirib çıxarır.Və bununla da şəxsin gündəlik enerji ehtiyatı tükənir və sanki özünü illərdir yorğun kimi hiss edir.

Skolioz ağırlıq dərəcəsinə görə 4 səviyyəyə bölünür:

1-ci səviyyə: Onurğanın 10 dərəcə üfüqi istiqamətdə əyriliyidir.Skoliozun hələ ilkin başlanğıcı hesab edildiyindən o dərəcədə qorxulu deyildir.Tez

üzərinə düşülərsə bu əyrilik yerinə otura bilər.

Skolioz-dəhşətli əyrilik

2-ci səviyyə: Onurğanın 25 dərəcədə əyriliyidir.Artıq narahatçılığa əsas yaranır və xüsusi diqqət göstərilməlidir.Müalicə və masaj-əsas həlledici üsullardandır.

 

 

3-cü səviyyə: Onurğanın 40 dərəcədə əyriliyidir.Bu səviyyədə artıq döş qəfəsi öz formasını tədricən itirmiş və belin donqarlığa doğru deformasiyası prosesi başlamışdır.Beldə sümüklər çıxmağa başlayır.Bir növ gərəksiz kimi. 



4-cü səviyyə: Onurğanın artıq  sürətlə əyilməsi prosesidir.Hansı ki,masaj  və müalicə üsulu  yetərincə güclü təsir etməz.Və döş qəfəsinin tamamilə formasının itirilməsi,belin donqar halda formalaşması prosesinin  kulminasiya nöqtəsinə səbəb olur.Eyni zamanda bu səviyyədə onurga sözün əsl mənasında böyük “S” hərfini xatırladır.

 

Əziz xanımlar, ildə ən az bir dəfə belinizin müayinəsi üçün həkimə müraciət edin.Heç bir yerimdən şikayətim yoxdur deyib keçməyin.Sağlamlığınızın,doğru qamətinizin qayğısına zamanında qalın.Unutmayın kiçik səbəblər böyük faciələrlə nəticələnir.

22 yanvar 2011
GO BACK