Qadin.NET / Ayaq göbələyi

Ayaq göbələyi

Tez-tez rast gəlinən xəstəliklərdən biri də ayaq göbələyidir. Bu xəstəlik ən çox istidən əmələ gəlir. Hər tərəfi bağlı ayaqqabılar geyinəndə ayaqlar ayaqqabının içində istidən "bişir" və yavaş-yavaş göbələk xəstəliyini əmələ gətirir. Gəlin bu xəstəlikdən özümüzü qoruyaq. Ayaqlarımız həm sağlam, həm də gözəl görünsün. Ayaqlarınızı çalışın tez-tez yuyun. Hər yuduqda ayaqlarınızı təmiz qurulayın, sulu qoymayın.

Ayaq göbələyi

Göbələk xəstəlikləri arasında ən çox qarşımıza çıxanlardan biri də ayaq göbələyidir. Göbələklər eynilə bakteriya və viruslar kimi gözümüzlə görə bilmədiyimiz xəstəlik faktoru ola bilən mikroorqanizmlərdir. Hovuz, sauna kimi isti və nəm mühitlər, ayaqların hava almasına imkan verməyən bağlı ayaqqabılar göbələklərin ayaqda "məskən salmasına" şərait yaradır. Əksər vaxtı 3 və 4-cü ayaq barmaqları arasında, daha az olaraq daban bölgəsində də görünür.

   Ayaq göbələyi əlamətləri

Dəhşətli qaşıntı, qızartı, qabarıqlıq olur, qaşıntı nəticəsində qanamalar da ola bilər. Daha irəli mərhələdə soyulma və kəpək görülür. 

  Ayaq göbələyinin müalicəsi 

Göbələyə qarşı təsirli kremlər lokal olaraq istifadə edilir. Xəstəliyin ilkin mərhələsində göbələk olan bölgədəki nəmi götürmək məqsədilə ayaqqabı və barmaq aralarına kirşan sürtülməsi tövsiyə edilir. 

Ayaq göbələyi

  Ayaq göbələyinin qarşısını almaq üçün nə etmək lazımdır?

1. Hər gün corablarınızı dəyişdirin;
2. Corablarınızı ən azı 60 dərəcə istilikdə yuyun; 
3. Duşdan sonra barmaq aralarınızı yaxşıca qurulayın;
4. Ayaqqabılarınızı tez-tez havaya verin; 
5. Corablarınızın təri çəkə bilməsinə, pambıq materialında olmasına diqqət yetirin;
6. Hovuz, ümumi duş kimi yerlərdə mütləq başmaqdan istifadə edin; 
7. Başqalarının ayaqqabı, corab və dırnaq qayçılarından istifadə etməyin. 

Ayaq göbələyi
29 mart 2016
GO BACK