Zəka geriliyi - bir insanın ictimai həyatına təsir edəcək dərəcədə normaldan aşağı zəka səviyyəsinə sahib olması vəziyyətinə verilən addır. Zəka geriliyinə sahib insanlar idiot, imbesil və debil şəklində təsnif edilir.
Zəka geriliyinin səbəbləri:
1. İrsi zəka gerilikləri: Yüngül dərəcədəki zəka geriliklərinin böyük bir qismini bu qrup təşkil edir. Valideynlərdən birinin zəkasının geri olması, uşağın da belə olma şansını artırır. Alkoqolizm, toksikomaniya, həddindən artıq yaşlılıq buna səbəb ola bilər.
2. Hamiləlik zamanı ananın və körpənin qarşılaşdığı təhlükələr, əhəmiyyətli bir səbəb sayıla bilər: Xüsusilə hamiləliyin ilk üç ayında ananın qızılca, çiçək, toksoplazmoz, qızılca, uşaq iflici, su çiçəyi, mikrob mənşəli sarılıq, qrip, boğmaca, qızdırma keçirməsi kimi səbəblər uşaq salma təhlükəsi yaradır. Bu xəstəliklərdən birinə tutulan qadından doğulacaq körpənin zəkasının şübhəsiz geri olması doğru deyil. Hamiləlikdə rentgen çəkdirmək, siqaret və spirtli içilərdən istifadə də yenə zəka geriliyinə səbəb ola bilər.
3. Doğum zamanı uşağın beyninin zədələnməsi, beynin oksigensiz qalması - yenə əhəmiyyətli səbəblərdəndir.
4. 4-5 yaşına qədər beyin və sinir sistemi sürətli bir yetkinləşmə (təkamül) halındadır. Bu yetkinləşməyə mane olan səbəblər (infeksiyalar, beyin travmaları və zəhərlənmələr), zəka inkişafının geriliyinə və ya zəifliyinə yol aça bilərlər. Beynin, daha çox virus adı verilən mikroblarla ortaya çıxan, ensefalit dediyimiz iltihabi xəstəliyində həyati təhlükələri ola bilər. Xəstəliyi keçirənlərin bir çoxunda zəka geriliyi müşahidə edilir. Kiçik yaşlardakı göy öskürək digər bir səbəbdir. Meningit, ciddi baş zərbələri, ağır orta qulaq iltihabları, beynə təsir edən zəhərlənmələr zəka geriliyinə yol aça bilərlər.
5. Beynin inkişafına doğuşdan və ya erkən uşaqlıq dövründə maneə törədən mühüm səbəblərdən biri də kəllənin quruluş anormallıqlarıdır. Mikrosefaliya (kiçik beyin) bunun tipik nümunəsidir. Beyin daxili mayelərin təzyiqinin artması nəticəsində başın böyüməsi və inkişaf etməkdə olan beynin sıxılması şəklində meydana gələn, hidrosefaliya deyilən xəstəlikdə zəka geriliyinə olduqca sıx rast gəlinir. Bütün bunlardan başqa, xromosom anormallıqları da irsi, zəka geriliyinin bir başqa səbəbidir. Monqol irqini xatırladan uşaqlar geri zəkalıların əhəmiyyətli bir qisimini təşkil edir. Zəkaları yüngül və ya orta dərəcədə geridə qalmış olur. Normalda 46 olan xromosom sayı artaraq 47 olur. Daha çox yaşı çox olan qadınların dünyaya gətirdiyi uşaqlar arasında rast gəlinir.
Zəka geriliyinin sıralanması:
Zəka gerilikləri zəkanın inkişafına görə bu şəkildə sıralanır:
IQ 0-25 olanlar ağır geri (idiot): Bütün zəka fəaliyyətləri az qala yox dərəcəsindədir. Əlavə olaraq bəzi fiziki inkişaf qüsurları da vardır. Bəzi sadə vərdişləri belə qazandırmaq mümkün olmur. Bəziləri bir neçə cümləylə danışmağı öyrənə bilər. Böyük qismi isə danışa bilmir. Çoxu tualet, qidalanma vərdişləri qazana bilmir. Böyük bir qisimində gəzə bilmək də inkişaf edə bilmir. Çoxu erkən yaşda ölür.
IQi 26-50 arası olanlar orta geri (embesil): Qabiliyyəti, normal bir uşağın qabiliyyətindən təxminən ən çox yarısı qədər inkişaf edir, danışmaları və ictimai əlaqələri daha məhdud və gec baş verir. Çox az bir qismi 10-12 yaşından sonra sadə oxuma yazma öyrənə bilir. Söz xəzinələri zəifdir. Gündəlik həyatları üçün lazımlı olan sadə uyğunlaşma və vərdişləri qazana bilərlər. Çox məsuliyyət daşımayan sadə əl qabiliyyətlərində və ya tarla-bağça işlərində 13-14 yaşından etibarən köməkçi kimi çalıştırılarlarsa, işə uyğunlaşa bilərlər. Əslində ən doğru yol da budur. Ətraflarında asanlıqla diqqət çəkdikləri üçün, lağ edilməmələri, əksinə qorunmaları, dəstəklənmələri lazımdır.
IQi 51-75 arası olanlar yüngül geri (debil): Çətinliklə də olsa ibtidai məktəb tədrisinə başlaya, bir qismi məktəbi bitirə, bir qisimi isə məktəbə heç davam edə bilmir. Bu səviyyədəki gerilik, özünə məxsus, yüngül və yavaş irəliləyən təhsil proqramı çərçivəsində, xüsusi siniflərdə təhsil görmələri lazımlıdır. Böyük şəhərlərdə bəzi ibtidai siniflərdə belə dərəcə vardır. Bu uşaqlarda diqqət, mühakimə, yaddaş, iradə zəif inkişaf edir. Fikir mübadiləsi zəifdir. Həyəcanları dəyişən olub, təlqinə asan uyğun olduqlarından gənclik və yetkinlik yaşlarında rahatlıqla cinayətə yönəlirlər, zarafat qəbul edə bilmirlər. Zəkalarının geri olduqları asanca fərq edilə bilmir, pozuntuları tərbiyəsizlik sayıla bilər. Yetkin yaşa çatdıqlarında 11-12 yaşındakı bir uşağın zəkasına sahib ola bilərlər.
IQi 76-90 arası olanlar sərhəd zəkalıdırlar: Normalla öncəki dərəcə arasındakı kəslərdir.
Zəka geriliyi zamanı müalicə:
Əgər bir uşaqda zəka geriliyi məlum olmuşsa, bunun aradan qaldırılaraq müalicə olunması mümkün deyil. Burada əsas müalicə, mövcud zəka qabiliyyəti ilə ən yüksək səmərənin, uşağın fəaliyyətini və cəmiyyətə uyğunlaşmasını təmin edə bilmək, mümkün olan səviyyədə təhsilini davam etdirə bilməkdir. Psixomotor təhsil (getmə, tarazlıq, qoşma hərəkətləri, incə əl bacarıqları) əhəmiyyətlidir. Danışma təhsili xüsusi bir yer tutur. Bundan başqa gündəlik həyatda lazım olan məlumatlar və vərdişlərin (qidalanma, tualet, təhlükələrdən çəkinmə kimi) qazandırılması lazımdır. Bu tətbiqlərdə müsbət davranış və hərəkətləri təşviq, təsdiq etmə və mükafatlandırma, daha sonra da təkrarlayaraq möhkəmləndirilməsi başlıca prinsipdir. Mənfi davranışlar əngəllənməli və düzgün öyrədilməlidir. Ailə ilə də əməkdaşlıq edilərək, evdəki yaşayışın da müalicəyə paralel olaraq təsirini təmin etmək lazımdır.
Zəka testləri:
Zəka testlərindən çox istifadə olunanlardan bəziləri bunlardır:
CATTELL Zəka Testi: Bütün cəmiyyətlərə tətbiq oluna bilər. Üç növü vardır: Birincisi 4-8 yaş arasındakı uşaqlar və debil (yüngül zəka geriliyi olanlar) üçün; ikincisi 8-12 yaş arası uşaq və bütün böyüklər üçün; üçüncüsü yüksək səviyyədəki gənc və böyüklər üçün hazırlanmışdır. Verilən sualların müəyyən bir zaman içində cavablandırılması tələb edilir.
Alexander Praktik Zəka Testi: Bu testlə ibtidai məktəbi bitirən uşaqların texniki qabiliyyətlərini ölçmək və onları daha irəli siniflərə (xüsusilə sənət məktəblərinə) yönəltmək məqsədilə hazırlanmışdır. Test eyni zamanda xüsusi notları oxudulması lazım olan uşaqların təyinində çox işə yarayır. Testdə taxta qutulardan, boyalı küplərdən olan müxtəlif problemlərin həll edilməsi istənilir.
Porteus Labiret Testi: Zəka funksiyasının xüsusi bir şəklini ölçür. Məsələn, bəzi vəziyyətlər təmkinli davranmaq, irəlini görmək, müxtəlif maneələrdən özünü qorumaq kimi. Bu test xüsusilə bir insanın bugünkü həyatındakı davranışlarda göstərdiyi qabiliyyəti təyin edir.