Qadin.NET / Dəniz duzunun faydası

Dəniz duzunun faydası

 

Dəniz duzunun faydası

 

Dərinin vəziyyətini yaxşılaşdırmaq üçün sadəcə həftədə 1-2 dəfə duz vannası qəbul etmək kifayət edər.Bu prosesi həyata keçirmək isə çox sadədir.

- Vannanı su ilə doldurun (37 dərəcəni keçməməlidir),300 qr.dəniz duzunu əlavə edərək qarışdırın və 10-15 dəqiqə vannada uzanın,sonra ilıq duş qəbul edin və qalın xalata bürünün.

Bu prosedur əsəbləri sakitləşdirir,tonusu qaldırır,ümumi gərginliyi aradan qaldırır,bədənin yoda olan təlabatını ödəyir.Əgər sizin vannada uzanmağa vaxtınız və ya imkanınız yoxdursa, o zaman vaxtaşırı bədən üçün duzlu skrabdan istifadə edə bilərsiniz.Bu istəyi də həyata keçirtmək çətin deyil.

-1 st. aptekdən alınmış dəniz duzu

-1 ç.q. ətir yağı

-2 ç.q zeytun yağı

Hamısını tək tərkibli məhlul alınanadək qarışdırın.20 dəqiqə dəm almağa qoyun.Sonra yenidən qarışdırın və masaj hərəkətləri ilə ayaqdan başlayaraq yavaş-yavaş yuxarı qalxaraq bədəninizə sürtün.Masaj vaxtı qabıqlanma effektini yaxşılaşdırmaq üçün bir az da su əlavə edin.Ən sonda yaxşıca yuyunun və antiselülit kremini bədəninizə sürtün. 

12 dekabr 2010
GO BACK