Göbək yırtıqları dəliyinin tam içindən çıxır və bir fındıq boyundan portağal boyuna qədər müxtəlif ölçülərdə ola bilər. Yırtığın çıxdığı açıq yer, uşaq ana bətnində ikən ana ilə arasındakı qan axımını təmin edən göbək ciyəsinin qarın divarına girdiyi yerdir. Ona görə də göbək yırtıqları da “anadangəlmə bir zəif nöqtədən” çıxan yırtıqlardır.
Göbək yırtıqları, qadınlarda daha çox rastlanır və ən çox hamiləlikdən sonra xəstə tərəfindən hiss edilir. Normal halda içəriyə doğru olmalı olan göbək çuxuru, xaricə doğru çıxmış vəziyyətə gəlir.
Ümumi cərrahlar arasında kiçik göbək yırtıqlarını yamaqsız, düz tikiş ilə bərpa əməliyyatı aparmağa meyl vardır, amma bizim mərkəzimizdə bütün göbək yırtıqlarında yamaq ilə bərpa həyata keçirilməkdədir. Çünki Avropa Yırtıq Dərnəyi, bütün göbək yırtıqlarında yamaq ilə bərpanın yırtıqların yenidən açılmasının qarşısını almaq baxımından daha doğru olduğunu məsləhət görür. Yamaq ilə bərpa olunmayan göbək yırtıqlarının kiçik də olsa, bəzi hallarda müəyyən vaxt ərzində yenidən açıldığı müəyyənləşdirilmişdir.
Göbək yırtıqları açıq və bağlı üsullarla əməliyyat edilə bilər. Açıq metod ilə standart yamaqlar istifadə edilərkən, bağlı metodda mütləq kompozit yamaqlardan istifadə edilməlidir.
Kompozit yamaqlar daha bahalı olduğu üçün əməliyyatın maliyyətini artırır. Çox kiçik göbək yırtıqlarında bağlı metodun önəmli bir üstünlüyü yoxdur, ancaq böyük göbək yırtıqlarında bağlı üsul, xəstə üçün daha asan və komfortlu ola bilər.
Göbək yırtıqları böyüdüyü zaman getdikcə arta bilən boğulma riski daşıyır. Əvvəllər xəstə uzandığı zaman və ya əllə içəri salındığı zaman yox olan yırtıq, artıq içəri girmir. Təcili hal olan yırtıq boğulması ağrı və o sahədə qızartı da verir. Təcili hallarda kifayətli səhiyyə xidməti tapa bilməyəcəyinizi düşündüyünüz zaman, ən qısa müddətdə göbək yırtığından qurtulmalısınız.
Göbək yırtıqları kiçik olduğu zaman yerli anesteziya ilə bərpa edilə bilər. Ümumiyyətlə, əməliyyat günü xəstə evinə göndərilə bilər. Xəstələr qısa müddət ərzində normal həyatlarına və işlərinə qayıda bilərlər. Yamaq ilə bərpa edildiyi zaman yenidən yaranma riski çox azdır.