Bildiyimiz kimi bir çox insanlar hələ kiçik yaşlarından revmatizmdən əziyyət çəkirlər.Bu ən çox fəsil dəyişkənliyi,yağış yağanda sümüklərdə, bəzi oynaqlarda ağrılar olur.Bunda vacib olan əsas şey onu vaxtında müalicə etməkdir .Yoxsa gələcəkdə ürəkdə bir çox xəstəliklər yarada bilər.
Bu yaxınlarda anama revmatizmə komək ola biləcək və asan edilə biləcək bir üsül deyiblər.Mən də bunu sizlərlə bölüşmək istərdim.
Kartofun üstündə olan cücərmiş zoğları götürürük,sonra maşında çəkirik,çəkəndən sonra balaca bankaya töküb,üzünə çıxana qədər spirt əlavə edirik (adi aptekdə satılan spirt).Daha sonra ağzın bağlayırıq.Bağlayandan sonra qara parçaya büküb qaranlıq yerdə 1 həftə saxlayırıq.Bu 1 həftə ərzində açıb baxmaq olmaz.1 həftə keçəndən sonra bunu axşam ayağa və ya ağrıyan yerə qoyub bağlayırıq.Bunu hər gün etmək olmaz, yoxsa dəriniz yana bilər.2 gündən bir etmək olar.Biz də evdə edib nəticəsini də görmüşük.Yaxsı olub.
Sonda qeyd etmək istərdim ki, bunu yalnız həqiqətən revmatizmi olanlar etməlidirlər.Allah hamımızı xəstəliklərdən qorusun.Amin!