Dırnaqlarımız əllərimizə gözəllik verməklə yanaşı, həm də bizi müəyyən xəstəliklərdən xəbərdar edir.
Dırnaqlarımıza diqqətlə baxsaq, bəzi vitamin çatışmamazlığımızdan xəbər tutmuş olarıq.Bəs nələrə diqqət etməliyik?
-Dırnaqların səthi nahamardısa, deməli C vitamininə ehtiyacımız var;
-Dırnaq üzərində ağ ləkələr varsa,zülal və ya sink əksikliyimiz var;
-Dırnaqlarımız soyulursa, hidroxlorik turşu çatışmamazlığımız mövcuddur;
-Dırnaqlarımız quru və zəifdirsə, A vitamini və kalsiyum ehtiyacımız var;
-Dırnaq rəngi tünd və görünüşü yaxşı deyilsə, B12 vitamini əksikdir;
-Dırnağınızı əhatə edən ətlər qızartı halındadısa, bu maddələr mübadiləsinin zəifliyinə işarə edir.