Qadin.NET / Soyuqdəymədən necə qorunmaq lazımdır?

Soyuqdəymədən necə qorunmaq lazımdır?

 

Qulaq, burun, boğaz xəstəlikləri mütəxəssisi Op. Dr. Tamer Haliloğlu, "soyuq dəymənin, üst tənəffüs yollarında virus növü olan mikrobların səbəb olduğu yoluxucu bir infeksiyadır." - dedi. Soyuqdəymə zamanı burun, boğaz, qulaq, nəfəs borusu, səs telləri  ağciyərlərin təsirləndiyini söyləyən Haliloğlu, "Soyuqdəymə ən çox məktəb vaxtı uşaqlarda rast gəlinir və yaş artdıqca azalır" - dedi. Soyuqdəymənin ilk əlamətləri adətən boğazda ilişmə hissi, burun axıntısı  asqırıqdırUşaqlarda isə boğaz ağrısı, öskürək, baş ağrısı, qızdırma, halsızlıq, əzələ ağrıları  iştahasızlıq da ola bilər. Qulaq, burun, boğaz xəstəlikləri mütəxəssisi Op. Dr. Tamer Haliloğlusoyuqdəyməyə qarşı hələ ki, təsirli bir peyvənd tapılmadığını izah etdi:

-Soyuqdəyməyə tutulmamaq üçün, xəstəlik əlamətləri olan kəslərlə xəstəliyin ilk ikinci və dördüncü günləri arasında təmas edilməməsi lazımdır. Ancaq çox zaman bu mümkün olmur. Soyuqdəyməyə tutulan kəslər, hələ xəstə olduqlarını anlamadan yoluxudurucu dövrə girmiş olurlar.

Soyuqdəyməyə tutulan uşaqlar, xüsusilə burun təmizliyindən sonra tez-tez əllərini yumalı, öskürərkən  asqırarkən ağız və burunlarını qapamalıdırlarSoyuqdəymə ümumiyyətlə, 7 və 14 gün arasında yaxşılaşır. Bəzən sinusit, orta qulaq iltihabı, larengit və ya bronxit kimi fəsadlar səbəbi ilə xəstəlik davam edə bilər. Haliloğlu soyuqdəymənin düzəlməsinin zamanla bağlı olduğunu açıqladı: Bu müddət ərzində xəstənin istirahət etməsi və bol mayeli qida alması (su, meyvə suları kimi) lazımdır. Ümumiyyətlə, ağrı kəsici və allergiya əleyhinə olan soyuqdəymə dərmanları, xəstəliyi sağaltmır, sadəcə əzələ ağrısı, burun tutulması və baş ağrısının yüngülləşdirilməsində köməkçi ola bilirlər. Boğaz ağrısının şiddətlənməsi və uzun müddət davam etməsi, öskürəklə tünd bəlğəm gəlməsi və ya öskürəyin 10 gündən uzun müddət davam etməsi, 38 dərəcədən çox və bir neçə gündən çox olan qızdırmanın olması, sinə ağrısı, tez nəfəs alma, udma çətinliyi, maye ilə qidalana bilməmək, qulaq ağrısı, boyunda ağrılı şişkinliklər, dodaq, dəri və ya dırnaqlarında göyərmə əlamətlərindən hər hansı biri olarsa, həkimə müraciət etmək lazımdır. 

Soyuqdəymədən qorunmaq üçün bunları edin:

İmmunitet sisteminizi gücləndirin.

Balanslı qidalanın, meyvə, tərəvəz daha çox yeyin, rasionunuzda əti azaldın.

Xəstəlik riski yüksəkdirsə çox miqdarda C vitamini qəbul edin (Məsələn, hər gün 2 kivi, 1 qreypfrut, yaşıl bibər və ya 2 qaşıq kələm turşusu yeyin).

Hərəkət edin və soyuğa qarşı bədəninizin davamlı olmasını təmin edin (Üzmək, saunaya getmək, soyuq duş almaq, təmiz havada gəzmək, müxtəlif idman fəaliyyətləri etmək).

Otağınızın havasını dəyişinHava nəmləndiricilərindən istifadə edinOtağı həddindən artıq qızdırmayın.

Hava cərəyanının meydana gəlməməsinə diqqət yetirin.

Viruslardan özünüzü qoruyun.

Soyuqdəymə dövrlərində bağlı otaqda çox oturmayın. Xəstə insanlarla öpüşməyin, 1.5 metrdən çox yaxınlaşmayın.

Əllərinizi nizamlı yuyun.

Çox qalın və ya incə geyimlər geyməyin. Havaya görə geyinin. 

Hər gün nizamlı olaraq istirahət edin.

7 oktyabr 2013
GO BACK