Qadin.NET / Hündürdaban ayaqqabıların yaratdığı xəstəliklər

Hündürdaban ayaqqabıların yaratdığı xəstəliklər

Hündürdaban ayaqqabıların yaratdığı xəstəliklər

Həddindən artıq kök olmaq bütün bədənə təsir edir. Bundan sümüklər də öz payını götürür. Ayaq biləyi və qığırdaq sümükləri 30 yaşından sonra inkişaf edir. Ayaqdakı oynaqların uyğunlaşma pozğunluğu, tendinit adlanan ayaq və ayaq biləyi ətrafındakı vətərlərin iltihablanması, topuq ağrıları, oynaqla bağlı ağrılar artıq çəkili insanlarda daha çox rast gəlinir. 

Hündürdaban ayaqqabıların yaratdığı xəstəliklər
Hündürdaban ayaqqabı insan bədənində nə kimi dəyişikliklər yaradır?
 Hündürdaban ayaqqabılar insan təbiətinə ziddirOnurğa ətrafındakı əzələlərin həddindən artıq çalışıb sərtləşməsinə və bel, boyun ağrılarına yol aça bilir. Bu təsirlər ümumiyyətlə 45-50 yaşlardan sonra ortaya çıxır. Uzun müddət hündürdaban ayaqqabı geyinən şəxslərdə düzgün yerimək problemi yaranır. Xüsusilə də dabanı 4-5 sm-dən çox hündür olan ayaqqabılar risklidir. Daim hündürdaban ayaqqabı geyinən insanlarda bədənin ağırlığı barmaqlara yükləndiyindən qamətin dəyişilməsi kimi arzuolunmaz vəziyyətlərə gətirib çıxarır. Adətən hündürdaban ayaqqabıların burun hissəsi dar olur. Bu da barmaq sümükləri arasından keçən sinirlərin iltihablanması ilə nəticələnir. Bəzən də ayaq biləyinin burxulması ilə rastlaşırıq. Bu zaman qığırdaq xəsarət alır, kosmetik əməliyyat lazım olur. Bu əməliyyat Avropa və Amerikada tez-tez tətbiq olunur. Əməliyyat zamanı ayağı incəltmək üçün barmaq və daraq sümüklərini çıxarmaq lazım gəlir. Hər cür deformasiyaya uğramış sümüyü düzəltmək mümkündür. Hətta baş barmağın sümük çıxıntılarını da...
Hündürdaban ayaqqabıların yaratdığı xəstəliklər
Əgər insanda ağrı və funksiya dəyişikliyi yoxdursa, estetik məqsədli əməliyyat edilməsi tövsiyə edilmir. Çünki bu əməliyyat sümükləri kəsməklə həyata keçirilir və ayaqda ağrının meydana gəlməsi riski var. 
 İdeal ayaqqabılar incə və düzdabanlı olmamalı, topuğu əzməməli, sərt olmalı, ortasından deyil, burun qismindən bükülməli, burnu dar və dikdaban olmamalı, ilk geyildiyi andan etibarən ayağı sıxmamalı, zamanla açılması gözlənilməməli, ayaqqabı ayaq şiş olan zaman axşam saatlarında alınmalıdır.
Hündürdaban ayaqqabıların yaratdığı xəstəliklər
Hallux valgus
Ayağın baş barmağında olan deformasiya ya əyrilik, çəplik deməkdir. 
Bu xəstəlik zamanı ayaqqabı seçimi əhəmiyyətli rol oynayır. Burnu iti, yüksək dikdaban ayaqqabılar, kovboy çəkmələri xəstəliyi yaradan səbəblərdəndir. Bununla yanaşı, irsi olaraq keçə bilər. Vaxtında tədbir görülməzsə və ya müalicə edilməzsə, baş barmaq ikinci barmağın altına sürüşür, ciddi qabarlar meydana gəlir. Başlanğıc dövründə tətbiq olunan ayaqqabı modifikasiyası ən təsirli qoruma üsuludur. Geniş pəncəli, yumşaq dərili, dabanının hündürlüyü 3-4 sm-dən çox olmayan ayaqabılar deformasiyanın gələcəkdə daha da irəliləməsinin qarşısını alır.
"Dikdaban ayaqqabılarla deformasiyanın irəliləməsi böyük maneələr törədilə bilir. Mənbəyi əsaslıdır.
Yastıpəncəlilik
  İki növü var: uşaqlıqdan gələn və yetkin tipHər ikisində də ayaq zamanla deformasiyaya uğrayır. İrəliləmiş deformasiyada adam ayağı üzərində barmaq ucuna qalxa bilmirAğrı ilk vaxtlarda ayağın orta - daxili tərəfində olur, zamanla xarici tərəfinə yayılır. Müalicə yastıpəncəliliyin dərəcəsinə görə edilir.
14 dekabr 2013
GO BACK