Çörəkotu yağı:
Çörəkotunun immunitet sistemini yaxşılaşdırma xüsusiyyəti vardır. Mikrob, virus və göbələklərin yox edilməsinə, bədəndəki zəhərin sidik yolu ilə atılmasına və yaraların yaxşılaşmasına kömək olur. Əgər bədəninizdə yaralar varsa, hər gün yeməkdən sonra 1 çay qaşığı bu yağdan için və ya yaranın üzərinə gündə 2 dəfə tətbiq edin. Bundan başqa saç tökülməsinə və kəpəyə də təsirlidir.
Alma yağı:
Sızanaqlı dəri baxımında istifadə, quru və çatlaqlı dərilərdə yağ balanssızlığını aradan qaldırıcı xüsusiyyəti ilə tanınan alma yağını saç baxımında istifadə edə bilərsiniz.
Selvi yağı:
Əgər istilərə görə ayaqlarınız iy verirsə, tək etməniz lazım olan duşdan sonra ayaqlarınıza və barmaq aralarına massaj edərək bu yağdan sürtə bilərsiniz. Selvi yağı diş əti qanamasına qarşı da çox təsirlidir. Diş ətlərinizi bu yağ ilə massaj edin.
Zeytun yağı:
Yeməklərimizi dad verən zeytun yağının dərimizə də böyük faydası var. Antiseptik xüsusiyyəti ilə bilinən zeytun yağı günəşin buraxdığı zərərli təsirləri aradan qaldırır. Üzünüzü yaxşıca təmizlədikdən sonra zeytun yağı sürtün. Bir müddət gözləyin və yuyun. Dərinizin yumşaq və hamar olduğunu fərq edəcəksiniz.
Enginar Yağı:
Qaraciyərin dostu olaraq tanınan enginar öd kisəsinin nizamlı işini təmin edir və həzm sisteminə köməkçi olur. Qandakı şəkəri tarazlayır. İsti yay günlərində əllərinizi və ayaqlarınızı şişməməsi üçün bu yağ ilə ova bilirsiniz. Öskürəyə yaxşı təsir edir. Xüsusilə qış aylarında yeməkdən sonra bir qaşıq bu yağdan istifadə etsəniz, öskürəkdən xilas olarsınız.
Gicitkən yağı:
Qanı təmizləyir, soyuq dəyməni və revmatizm ağrılarına yaxşı kömək olur. Qanazlığı üçün yaxşı təsiri vardır.
Qoz yağı:
Saç tökülməsinin qarşısını alır, göz qırışlarını müalicə edir, dodaq çatlaqlarına yaxşı təsir edir.