Qadin.NET / Burun qanaması zamanı nə etməli?

Burun qanaması zamanı nə etməli?

 

Burun qanaması zamanı ilk öncə sakit olmaq lazımdır. Əks təqdirdə bir çox etməniz lazım olan şeyi unuda bilərsiniz. Başı yüngülcə önə əyin və iki barmaqla iki burun pərəsini basın. Üç-dörd dəqiqə sonra burnunuza soyuq su çəkməklə yüngülcə fınxırmaq lazımdır. Burnun içində yaranan laxtaları kənarlaşdırmaq vacibdir. Təkrar burun pərələrini basıb tutmaq və qanama davam edərsə həkimə müraciət etmək lazımdır.

Gündə neçə dəfə qanama olarsa həkimə müraciət edilməlidir?

Səbəbsiz yerə baş verən burun qanaması zamanında. Infeksiyalardan müalicə lazımdır. Tez, amma az qanama varsa təcili deyil, amma az, lakin sıx qanama müdaxilə tələb edə bilər.

Qanama olduğunda nə (hansı testlər) istənilir? 

Sadə kapilyar damar qanamaları üçün çox test edilməsinə ehtiyac yoxdur, ən azından ilk dəfə lazım olmaya bilər. Həddindən artıq qanamalarda isə qanama və laxtalanma faktorlarını yoxlamaq üçün qan verilməsi kafi olar. Burun içi müayinəsi ən yaxşı üsuldur. Qan testləri xaricində radioloji tədqiqlər da kömək edə bilər. Xüsusilə zədəsi varsa. Bəzən ailənin və ya xəstənin qol və qıçlarında göyərmələr olarsa, irsi bir xəstəlik olub-olmadığı araşdırılar.

Qanamağa istiqamətli müalicədə hansı variantlar var?

Əvvəlcə barmaqla burunda təzyiq yaradılaraq, iki qanaddan qanamaya nəzarət edilə bilər. Xırda damar qanamalarında koterizasyon (gümüş, nitrat, bar ilə yandırma və ya irəli mərhələlərdə elektrokoter istifadə) kafi olar. Bəzən qanama idarəsi üçün burun içi bamperlər istifadə edilə bilər. Bu bamperlər artıq can yandırmağa və içindən eyni zamanda nəfəs alına bilən yumşaq süngerimsi (fınxırma gərəkdirən) bamperlərdir.                                 

Müalicə nə qədər davam edər? 

Müalicə səbəbə görə dəyişir. Yandırma hadisəni bir neçə dəqiqədə bitir. Tampon da çox zaman tələb edən bir şey deyil. Bamperlər 2-3 gün, irəli və ciddi vəziyyətlərdə 7 günə qədər tutula bilər. Bu hadisələrdə mütləq antibiotik ilə dəstəkləmək lazımdır. Xəstəyə fınxırmaqdan və buruna təzyiq tətbiq etməkdən (asqırıq əsnasında) qaçınması məsləhətdir.

12 oktyabr 2013
GO BACK