Qadin.NET / Dərman kimi meyvə suları

Dərman kimi meyvə suları

Bu xəbərimdə yayın sevimli meyvə sularını sizə təqdim edirəm. Antioksidant təsirli vitamin anbarı olan meyvə suları eyni zamanda müxtəlif narahatlıqların da dərmanıdır. Mütəxəssislər meyvə yeməyin meyvə suyu içmək qədər təsirli olmadığını deyirlər. Buyurun, yaz mövsümünün ideal meyvə suları və bir-birindən möcüzəvi faydalarını birlikdə oxuyaq.

                                            Kök suyu                                              

Dərman kimi meyvə suları
Kök sağlamlığımız baxımından bir-birindən faydalı xüsusiyyətlərə sahibdir. Qan dövranını sürətləndirən, bağırsaqlara faydalı olan kök suyu eyni zamanda sümük ağrılarını, mədə yanmasını, ürəkbulanmanı, dəri və ağciyər xərçənginə də yaxşı təsir göstərir. Sakitləşdirici və rahatladıcı təsirə də sahib olan kök suyu Alzheimer xəstəliyinin də qarşısının alınmasına kömək olur. Darçın və ədviyyatlarla kök suyunu daha da ləzzətli edə bilərsiniz. 
 Vişnə suyu
Dərman kimi meyvə suları
Vişnəyə qırmızı rəngi verən "antosiyanin" maddəsi hüceyrə yeniləmə, yəni antioksidant xüsusiyyətinə sahibdir. Bu səbəbdən gündə bir stəkan vişnə suyu içmək bədənin gündəlik antioksidant ehtiyacını qarşılayır. Ürək və damar narahatlıqlarından xərçəngə qədər, xəstəlik riskini azaltmağa köməkçi olan vişnə, əzələ ağrılarının yüngülləşdirilməsi, yaddaşın inkişafı və çəki tənzimləmə kimi mövzularda da təsirli olur. Sidik qovucu xüsusiyyətləri, mədə və qaraciyərin nizamlı olaraq işinə köməkçi olur. Vişnə suyunuzu dadlandırmaq üçün nanə yarpağından istifadə edə bilərsiniz.
Üzüm suyu
Dərman kimi meyvə suları
Bədən tərəfindən asanlıqla həzm olunan sadə şəkərlər sayəsində yüksək enerji qaynağıdır. Tərkibində pəhriz lifləri sayəsində bağırsaqları yumşaldıcı və sidik qovucu xüsusiyyəti ilə bədəni toksinlərdən  təmizləyir. Antioksidant xüsusiyyətli olduğu üçün dərinin yaşlanmasını gecikdirir. Qan yaradan xüsusiyyətindən başqa revmatizm və oynaq ağrılarına yaxşı təsir edən üzüm suyu, ürək sistemini tənzimləyir, fiziki və zehni yorğunluqları aradan qaldırır. Limon və təzə nanə yarpaqları üzüm suyuna ləzzət qatacaq.
Ərik suyu
Dərman kimi meyvə suları
Ağciyər xərçənginin, ürək xəstəliklərinin və kataraktanın yaranmasının qarşısını alır. Tərkibindəki kalsium və maqnezium sayəsində sümük əriməsinin qarşısını alır. Bundan başqa təbii lif baxımından çox zəngin olduğundan bağırsaqları qoruyur. Qansızlığın qarşısını alır, qanın yaranmasına köməkçi olur. Ərik suyu dərini təravətləndirir və saça canlılıq verir. Ərik suyuna bir az darçın qataraq gözəl bir dad əldə edə bilərsiniz.
Portağal suyu
Dərman kimi meyvə suları
İmmunitet sistemini gücləndirir və qan azlığına faydası var. Möhkəm bir C vitamini anbarı olan portağal suyu eyni zamanda doğum pozğunluqlarına qarşı da təsirlidir. Portağal suyunda olan antioksidant isə damarları və kapilyarları gücləndirərək ürəyin zərər görməsinə mane olur. Bundan başqa təzyiqin balansına kömək edir. Portağal suyunun içinə yaşıl limon dilimləri ataraq gözəl bir ətir  bəxş etmiş olarsınız.
13 oktyabr 2013
GO BACK