Örtülütoxumlular şöbəsinin ikiləpəlilər sinfinin quşqonmazlar sırasının süsənkimilər fəsiləsinə aid olan bu bitkinin 1 qramı 100 litr suyu sarı rəngə boyamaq gücünə malikdir.
Zəfəran soyuğa çox davamlı bitkidir. -18 dərəcəyə dözür, amma çiçəklənmə dövründə çox həssas olur.
Zəfəranın becərilməsi 3 min il öncəyə gedib çıxır. Bu bitki Azərbaycanda, İranda, İspaniyanın cənubunda, Pakistanın Kaşkir vilayətində, Hindistanda, Türkiyə, Fransa, Misirdə, Əfqanıstanda və Çində becərilir.
Azərbaycan dilindən başqa bu bitkiyə ərəblər də zəfəran deyir, ispanca "azafran", ingiliscə "saffron", fransızca "safrane", hind dilində "suffron" deyirlər. Zəfəran adətən boyaçılıqda, əzcazçılıq və yeyinti sənayesində istifadə olunur. Amma qiymeti baha olduğundan artıq boyaçılıqda istifadə olunmur.
Alman alimləri araşdırıblar ki, zəfəran məhlulu xərşəng hüceyrələri ilə uğurla mübarizə aparır və insan orqanizminə heç bir mənfi təsiri yoxdu.
Britaniya alimlərinin hazırladığı dərman əvvəlcə şişləri yox etmək üçün istifadə olunan kimyəvi vastələri əvəz etmək üçündür.
Hal-hazırda yapon, rus, amerikan, fransız alimlərinin bu preparatlarla siçanlar üzərindəki apardıqları təcrübələr uğurla başa çatıb. Alimlər yaxın 2 il müddətində klinik sınağın həyata keçirilməsinin niyyətindədilər.
Azərbaycan xalqının milli şüurunda zəfəran həmişə əmin-amanlıq və daxili rahatlıq rəmzi olub. Təsadüfü deyil ki, Bakının qədim gerbində belində zəfəran çiçəyi olan dəvə təsvir olunub. İndi belə vacib əhəmiyyətli bitki diqqətdən kənarda qalıb.