7-dən 70-ə hər kəsin ehtiyacı olan yuxu, gündüz alındığında daha da təsirli olur. Mütəxəssislər uşaqların inkişafında, yeniyetmələrin isə daha da məhsuldar işinə müsbət təsiri olan günorta yuxusunu tövsiyə edirlər. Bu səbəblə Aralıq dənizi və Cənubi Amerika ölkələrində siesta saatı tətbiq olunmuşdur.
İnsanın 24 saat içərisində yuxuya uyğun olduğu dövrlərdən biri də günorta yuxusu saatlarıdır. Günorta yuxusunun, ən azı gecə yuxusu qədər insan bədəninə faydası vardır. Gecə kifayət qədər yatmış, gündüz də günorta yuxusu yatan bir adamın bədəni təzələnir, performansı artar, düşünmə və problem həll etmə qabiliyyəti sürətli olar.
İnsan bədəninin ən çox hansı saatlarda yuxuya ehtiyacı var?
Gün içərisində iki dəfə bədən istiliyi düşər. Biri səhərə qarşı 03:00 sıralarında, digəri isə günortadan sonra 14:00 - 15:00 saatları arasında olar. İnsanların günorta yeməyinin ağırlığına bağladığı bu işlər dövrü, əslində bədənin yuxuya ən meylli olduğu saat vaxtıdır. Bu saat silsilələri yuxunun ən keyfiyyətli olduğu zamandır. Keyfiyyətli yuxu insan bədəninə uzun müddət yatmaqdan çox daha fayda verər.
İmkanı olan hər kəsin günorta yuxusuna yatması məsləhətdir. Ancaq xüsusilə uşaqların günorta saatlarında mütləq yatmaları lazımdır. Uşaqlıq çağında günorta saatlarında alınan keyfiyyətli yuxu, beyin və bədənin inkişafı üçün böyük əhəmiyyət daşıyar. Burnu tıxalı olan və ya digər bir səbəblə yata bilməyən uşaq yuxusunu tam olaraq ala bilmədiyi üçün, bədəni tam olaraq inkişaf etmir. Çünki yuxu böyümə baxımından çox əhəmiyyətlidir.
Günorta yuxusunun müddəti nə qədər olmalıdır?
Uşaqların təxminən 1-2 saat günorta yuxusuna ehtiyacı vardır. Yeniyetmələr üçün isə 15-20 dəqiqə kifayətdir. Ancaq bəzi insanlar gecələri belə yata bilməz. Bu tip insanlara günorta yuxusu qətiliklə tövsiyə edilməz. Çünki, gündüz saatlarında qısa bir müddət belə yatsalar, gecə yatmaları daha çox çətinləşir. Qurani-kərimdə belə uşaqların gündüz yuxusuna çəkilmiş valideynlərinin yanına girərkən , geyimli olmamaları ehtimalına görə icazə almaları lazım olduğunu deyirlər. Əsrdən sonra yatmaq insanı sərsəm edir.Axşam ilə şam arası yatmaq isə faydasız bir yuxudur.Necə ki, yuxunun zamanı deyil, keyfiyyəti mühümdür. Yarım saat günorta yuxusu yatmaq, 2-3 saat gecə yuxusuna bərabərdir.