Qadin.NET / Dişlərin çürüməsinin səbəbləri

Dişlərin çürüməsinin səbəbləri

Dişlər orqanizmdə çox böyük əhəmiyyətə malik olub, bir sira funksiyaları yerinə yetirir. Dişlər həm də insan gözəlliyinin vacib şərtlərindən biridir. Qədim dövrlərdən bəri diş möhkəmliyi, bəyazlığı insan sağlamının simvolu kimi qiymətləndirilir. Amma bəzən dişlərdə çürümə prosesi gedir. Buna səbə olan amillər aşağıdakılardır. 

1) Tez-tez qəhvə içmək

Gün ərzində tez-tez çay, qəhvə içmək, çərəz yemək ağızda turşu yaradan bakteriyaların aktivləşməsinə, onların dişlər üzərində toplanmasına və çürüməsinə səbəb olur. Çay və qəhvəni şəkərsiz içsəsiniz,ya  da çay və qəhvəni azaldıb südlə əvəz etsəniz daha yaxşı olar. 

2) Siqaret çəkmək

Siqaret ağızda quruluq, qoxu yaradır, dişlərin saralmasına səbəb olur.Hətta siqaret ağız xərçənginin yaranmasına səbəb olur.

3) Diş sapından istifadə etməmək

Dişləri sadəcə fırçalamaq kifayət etmir.Diş fırçasının təmas edə bilmədiyi yerləri diş sapıyla təmizləmək lazımdır.

4) Yeməkdən dərhal sonra şirniyyat yemək

 
Şirniyyatın yeməklə qarışması müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də yeməkdən ən azı 1 saat sonra şirniyyat yeyə bilərsiniz.  

Su dişlər üçün ən yaxşı məlhəmdir. Su dişi möhkəmləndirir

6) Çətin çeynənilən şirniyyat

Saqqızdan, yapışqanlı şirniyyatlardan uzaq durun. Onlar dişlərə yapışaraq onlarda kariyes əmələ gətirir. 

7) Meyvə və göyərti yeməmək

Meyvə və göyərtini tərkibində vitaminlər var ki, bunlar dişlər üçün faydalıdır. Almanın dişlənərək yeyilməsi ön dişləri möhkəmləndirir.

8)Şəkərli saqqız

 

Saqqız çeynəmək vərdişiniz varsa, onda nanəli saqqızları seçin. Şəkərsiz saqqız ağız suyunun miqdarını artırır ki, bu da ağız boşluğunun təmizlənməsinə və turşu balansının yaxşılaşmasına təsir göstərir

Dişlərə qulluq

Dişlərinizi gündə 2 dəfə: yeməkdən sonra, ən azı 2 dəqiqə fırçalamaq lazımdır. Fırça ilə dövri hərəkətlər etməklə dişlərin hər bir tərəfini yaxşı-yaxşı təmizləmək lazımdır. Tələsik bir neçə dəfə təmizləmək əvəzinə, gündə 2 dəfə yaxşı təmizləmək lazımdır. Bu zaman dişləriniz təmiz və ağ olacaq. Həmçinin ağız yaxalayıcısından da istifadə etmək lazımdır. Yeməkdən sonra bu yaxalayıcılar qida qalıqlarını təmizləyir və təravətli nəfəs bəxş edir. Dişlərə kalsium da lazımdır. Buna görə də kalsiumla zəngin olan süd məhsulları,meyvə-tərəvəz dişləri çürüməkdən qoruyur. Alma, kök, turp, xiyar yemək diş ərpinin qarşısını alır. Dişlr üçün C vitamini də vacibdir. Gündə 1 qram C vitamini dişlərdəki bakteriyaları məhv edir. Ümumuiyıtlə hamı istəyər ki, mirvari kimi dişlərə sahib olsun. Buna görə də dişlərinizə yaxşı baxın. 

17 avqust 2013
GO BACK