Son illərdə yuxu pozğunluğundan əziyyət çəkənlərin sayı artıb. Bu problemin müalicəsində qidalanma əhəmiyyətli rol oynayır. Gündəlik həyat və sağlamlığımıza mənfi təsir edən yuxusuzluq problemi ilə bağlı aparılan araşdırmalarda bu vəziyyətin çəki artımı ilə əlaqəli olduğu məlim olub.
Yuxu pozğunluğunun əsas səbəblərinin ən əhəmiyyətlisi kökəlmədir. Belə ki, yuxusuzluqdan əziyyət çəkənlərin 70-90 %-i artıq çəkiyə sahibdirlər. Bel ətrafındakı 13-15 sm-lik artım xəstəliyin riskini 4 qat artırır. Türkiyədə aparılan son araşdırmaya görə, abdominal piylənməsi olan qadınlarda yuxu pozğunluğu probleminə daha çox rast gəlinir. Yuxusuzluq həm kökəlməyə səbəb olur, həm də onun dərəcəsini artırır.
Yuxusuzluq kökəlmə ilə yanaşı, digər xroniki xəstəliklərə də səbəb olur. Yüksək təzyiq, şəkər, ürək xəstəlikləri və infeksiyalara tutulma riskini artırır. Depressiyaya da səbəb olan yuxusuzluq həyat keyfiyyətini aşağı salaraq, yorğun, aqressiv bir gün keçirməyə səbəb olur. Yuxu pozğunluğu olan şəxslər kökəlməyə səbəb olan yanlış vərdişlərdən imtina etməlidirlər. Əldə edilmiş çəkini qoruyub saxlamaq da müalicənin ən əhəmiyyətli məqamlarından biridir. Bundan başqa, nizamlı olaraq idman etmək yuxunun keyfiyyətini artırır.
Aşağıdakı məsləhətlərə əməl etməklə yuxusuzluğa qalib gələ bilərsiniz:
* Axşam yeməyindən sonra şirniyyat əvəzinə az yağlı bir fincan isti südə darçın qatıb için.
* Çipsi, biskvitlə çay kefi yerinə şəkərsiz açıq çay və ya bitki çayı ilə 2 ədəd kəpəkli və ya meyvəli pəhriz biskviti yeyin.
* Axşam yeməyindən sonra idman edərkən mütləq 3-4 ədəd quru meyvə yeyin. Bu, həm qanda şəkərin miqdarını nizamlayacaq, həm də iştahınızı azaldacaq.
* İdmandan sonrakı və yatmazdan 1-2 saat öncəki zaman ən həssas vaxtlardır. Acdığınız zaman düzgün qidalanın. İdmandan sonra 1 kasa yarım yağlı qatıq (əzələlərinizi rahatlaşdırar) və ya süd (toxluq hissi yaradar), 1 banan (əzələlərinizi sakitləşdirər) yeyin.
* Çox acdığınızı hiss etsəniz, yağsız salat hazırlayıb içərisinə 2 dilim pendir, 1 kivi doğrayın, 1 dilim kəpəkli cörəklə yeyin.
* Fındıq, qoz və badam fiziki yorğunluğa yaxşı təsir edir. Yatmazdan bir saat öncə çobanyastığı çayı ilə birlikdə bunlardan birindən 4-5 ədəd yedikdə həm toxluq hissi yaranır, həm dəriyə parlaqlıq verir, həm də qarın yağlarını yandırmağa kömək edir.