Dəmir defisitli anemiyanın mualicəsində birinci məqsəd dəmir çatmamazlığının səbəbini aradan qaldırmaqdır. Səbəb aradan qaldırıldıqdan sonra dəmir defisitini kompensasiya etmək olur. Müalicə aşağıdakı məqsədlərlə aparılır:
1. Dəmir defsitinin səbəblərini aradan götürmək.
2. Qidada dəmirin təminatını bərpa etmək.
3. Dəmirin mədədən sorulmasına maneə olan səbəb varsa onu aradan götürmək.
4. Orqanizmdə dəmir səviyyələrinin normal həddini bərpa etmək.
Müalicədə əsasən dəmir preparatlarından istifadə olunur. Dəmir preparatları ilə mualicə aşağıdakı prinsipləri özündə birləşdirir:
1. Müalicədə mütləq dəmir pereparatları istifadə olunmalıdır.
2. Müalicə kifayyət qədər adekvat dozalarda və lazım müddətdə aparılmalıdır.
3. Dəmir preparatların seçərkən mütləq xəstənin yaşı,onun fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.
4. Müalicəsində dərmanların per os qəbuluna üstünlük verilməlidir.
5. Əgər per os dəmir qəbuluna əks göstəriş və ya per os qəbulun effektsizliyi aşkar olunarsa xəstəyə parenteral dəmir pereparatları
təyin olunur.
Dərman müalicəsi ilə yanaşı, xəstəyə dəmirlə zəngin qidalar pəhrizə daxil edilir. Mal əti, kartof, kələm, kök, balıq, çiy yumurta, düyü, qaraciyər, Qızıləhməd alması və kişmiş dəmirlə zəngindir. Həmçinin xəstənin qida rasionuna buğda, arpa, noxud, paxla, qarpız və qaraciyər də daxil olunması məsləhət görülür. Buna səbəb bu qidaların mislə zəngin olmasıdır.
Çünki mis qanyaradıcı sistemin faliyyətini artırır, retukulositin eritrositə çevrilməsini sürətləndirir və eritrositin membran zülallarının sintezində iştirak edir. Düyüdə, balqabaqda, cəfəridə, paxlada, noxudda, çuğundurda və buğdada kifayət qədər manqan olduğundan pəhriz terapiyası zamanı təyin etmək effekt verir.
Çünki manqan eritrositlərdə oksidləşmə prosesini artırır və eritroblastların yetişməsin sürətləndirir. Sink eritrositlərin və hemoqlobilinin əmələ gəlməsini artırır. Sinklə zəngin olan qidalardan qaraciyər, böyrək, ağciyər, mal əti, pendir, yumurta, lobya, toyuq əti və paxlanın pəhrizə daxil edilməsidə dəmir defsiti zamanı çox yaxşı effekt verir. Kobalt siankobalaminin tərkibinə daxildir və bağırsaqda dəmirin sorulmasını artırır.Kobalt isə qaraciyərdə, süddə, böyrəkdə, balıqda, paxlada, çuğundurda, şaftalıda və gilasın tərkibində çoxdur. Medikamentoz terapiya ilə yanaşı müalicədə bu qidalardan istifadə olunması yüksək effektin alınmasına səbəb olur. Medikamentoz müalicə patogenetikdir.