Qadin.NET / Süd keyfi

Süd keyfi

Süd keyfimiz


Dietoloqlar süd qəbulunda gundəlik normanın olmadığını deyir.Əgər siz onu rahat həzm edə bilirsinizsə laktoziya (süd şəkəri) davamlılığınız varsa,südə qarşı allergiyanız yoxdursa,istədiyiniz qədər içə bilərsiniz.Süddə bütün əvəzolunmaz amin turşuları və çoxlu vitamin,ən əsası isə saç parıltısı və dəri hamarlığını təmin edən A vitamini ,coxlu kalsium var.Həmçinin süddə hüceyrə funksiyasıni təmin edən E vitamini var.E vitaminin çatişmamazlığı nəticəsində orqanizmin ümumi tonusu aşağı düşür.Süd həm də kalsiumu mənimsəyə kömək edən D və K vitaminləri ilə zəngindir.Suda həll olan vitaminlərdən süddə orqanizmin maddələr mübadiləsini təmin edən B vitaminlər qrupu,qaraciyər və mədənin işini yüngülləşdirən foliy turşusu və güclü antioksidant olan C vitamini var.Bu hələ son deyil!Südün tərkibində yüzdən çox bioloji aktiv maddə daxildir ki,onlardan çoxunun tərkibi hələ müəyyənləşməyib.

Südü nece içməli?Süd məhsullarını çörək və yarmasız içmək daha yaxşıdır.Yəni südü bulka ilə də içmək məsləhət deyil.Süd öz tərkibini itirmir,amma dənli bitkilərdə olan fitoniy turşusu kalsiumun həzminə mane olur.Südü yatmamişdan 1 neçə saat öncə və və susuzluğu aradan qaldırmaq məqsədi ilə içmək olar.Süd yox,məhz kəsmik və pendir kalsiumun əsas mənbəyi sayılır.Kəsmikdə yoğurt və kefirə nisbətən daha çox kalsium və fosfor,faydali zülallar mövcuddur.Qatıq süd içməyənlər üçün əla variantdır.Həm də onu nadir hallarda pasterizə edirlər.


Süd keyfi


İnək südü.Dietoloqların fikrincə,heç bir içki inək südünü əvəz edə bilməz,amma ona bənzəyə bilər.

Soya.(112kkal/100q)Soya paxlasından sıxılmış içkidə inək südündə olduğu qədər zülal var,xolestrin isə yoxdur.Amma onun tərkibindənə mikroelement nə də canlı bakteriya var.

Düyü.(100kkal/100q)Onu da soya kimi şərti süd adlandırmaq olar.Heç allergiya vermir və qida dəyəri aşağıdır.

Keçi südü(134kkal/100q)asan həzm olunur,amma spesifik dada malikdir və daha yaglıdır.

Camış südü(208kkal/100q)dadlıdır,inək südü ilə müqayisədə daha çox albumin zülalına malikdir və asan həzm olunur. 

19 noyabr 2010
GO BACK