Sağ və sol əl ilə işləmək beyin yarımkürələri ilə əlaqədardır. Sağ əl beynin sol yarımkürəsi ilə, sol əl isə beynin sağ yarımkürəsi ilə idarə olunur. Alimlərin fikrincə, solaxaylar məlumatı daha yaxşı qavrayır, çünki beynin sağ yarımkürəsi daha tez mənimsəyir. Solaxaylıq qüsur deyil. Sadecə olaraq vərdişdir. Solaxaylar əsasən qeyri-adi yaradıcı istedadlarına görə fərqlənirlər. Uşaqlarında bunu hiss edən analar çox narahat olurlar və uşağa zorla, məcburi şəkildə sağ əllə yazmağı tələb edirlər. Lakin bu doğru deyil. Valideyni narahat edən onun uşağının hamı kimi olmamasıdır. Amma balacaya bu vərdişdən uzaq olmağı öyrədəndə uşaqda nevroz, diqqətsizlik, yaddaş zəifliyi kimi xəstəliklərin yaranmasına səbəb olurlar. Hər sol əldən istifadə edəni solaxay adlandırmaq olmaz. Solaxaylıq özünü bütün orqanizmdə göstərir. Onlar solgözlü, soləyəqlı, solqulaqlı olurlar.
Adətən hamiləlik zamanı körpənin bətndəki vəziyyətinə əsasən həmin uşağın gələcəkdə solaxay olub olmadığını müəyyən etmək olur. Əgər uşağın sol əli üzünə daha yaxındırsa demək solaxay, sağ əli yaxındırsa demək sağ əlini işlədən olacaqdır. Bu vərdiş 1 yaşından sonra özünü göstərir. Son illərdə qadınların 30 yaşdan sonra ana olması bu vərdişin daha da artmasına səbəb olur. Solaxay uşaqlara təzyiq etmək olmaz. Valideynlər bilməlidirlər ki, bəlkə də, onların solaxay vərdişli övladları böyüyəndə dahi sənətkar, incəsənət xadimi və ya dünya şöhrətli alim ola bilərlər. Buna görə də bu vərdişi sakit qarşılamalı və səbirli davranaraq onlara dəstək olmalıyıq.
Solaxaylıqla bağlı bəzi faktlar
Solaxaylıq qadınlara nisbətən kişilərdə çox rast gəlinir.
500 milyon solaxay var.
Solaxaylara əkizlər arasında daha çox rast gəlinir.
Vaxtından qabaq doğulan uşaqların əksəriyyəti solaxay olur.
Yaponiyada əgər arvadı solaxay olsa kişi onu boşayır.
Dünyaca məşhur solaxaylar
Sezar,Napoleon,Janna Dark,Barak Obama,Pikasso,Aristotel,Enşteyn,Nyuton,Tom Kruz,Merilin Monro,Nikol Kidman və s.