Qadin.NET / Dondurma haqqında bilmədiklərimiz

Dondurma haqqında bilmədiklərimiz

Dondurmanın vaxtı gəldi. Dondurmanı hamı sevir, lakin onun da müsbət və mənfi cəhətləri var. Bunun haqqında bir az danışmaq istəyərdim.

Dondurmanın tərkibində A, B, D, P, K, E vitaminləri və orqanizm üçün faydalı olan Dəmir, Maqnezium, Natrium, Fosfor var .O, isti günlərdə insan orqanizmini sərinlətməklə yanaşı, enerjini bərpa edir. Həmçinin bu desert stressə qarşı qoruyur və yuxusuzluğu aradan qaldırır. Həkimlər təsdiq edib ki, dondurma yemək boğazı möhkəmləndirir, onu aşağı temperatura alışdırır.

İlin istənilən vaxtında dondurma çox insanın sevdiyi desertdir. Dondurma həm də tam dəyərli qida məhsuludur. Onda süd, asanlıqla mənimsənilən zülal,  vitaminlər, kalsium var.
Südlü dondurmalarda 6%-ə qədər yağlılıq, 16%-ə qədər şəkər var.
Qaymaqlı dondurmalarda isə 8%-dən 10%-ə qədər yağ və 15%-ə qədər şəkər var.
Plombir isə 15% olmaqla ən yağlı dondurmadır.
Meyvəli dondurmalarda isə süd yağları yoxdursa da, əvəzinə 25-30% şəkər olur.
Dondurmanın zərərləri
1-ci, dondurma çox kalorilidir, məsələn, 100 qramda 250-500 kilokalori olur və bu, bədən quruluşuna təsir edir.
2-ci, bəzən baş ağrısı yaradır. Belə ki, dondurma yeyərkən bədən temperaturu birdən düşür, damarlar daralır və baş beyində qan dövranı azalır və baş ağrısı yaradır.
Dietoloqların söylədiyinə görə, sağlam insan həftədə 2-3 dəfə dondurma yeyə bilər. Kariyesdən, aterosklerozdan və çəki artıqlığından və diabetdən əziyyət çəkənlər yemək tövsiyə edilmir.
1). Əgər dondurmanı çox xoşlayırsınızsa, hər gün yeyə bilərsiniz, amma unutmayın ki, o çox kalorilidir. Ona görə də kalorini hesablamaq lazmdır. 
2). Diabet xəstələrinə  dondurma yemək olmaz. Çünki, onun tərkibində şəkər var.
3). Dondurmanı uşaqlar çox sevir. Ancaq buna baxmayaraq, 3 yaşına qədər olan uşaqlara dondurma yemək olmaz.
4). Bir çoxları yol ilə gedərkən dondurma yeyir. Bu düzgün deyil, çünki bu zaman dondurmadan əlavə yoldakı toz-torpağı udmuş olurlar. Çünki, dondurma bunları bir anda özünə çəkir. Ən yaxşısı isə dondurmanı lazımı qədərində və evdə yemək lazımdır!
Nuş olsun! 
18 iyul 2013
GO BACK