Ölkəmizin Xəzər dənizi ilə əhatə olmasına baxmayaraq üzgüçülük idmanına xalq arasında lazım olan maraq göstərildiyini söyləmək çətindir. Qadınlardan və kişilərdən tutmuş uşaqlara qədər vacib olan üzmə şüurunun "peyvənd edilmədiyi" üçün Azərbaycanda bu vəziyyət, ən məhsuldar idmanlardan biri olan üzgüçülüyün bütün imkanlara baxmayaraq geridə qalmasına səbəb olur. Xüsusilə ana olmağa hazırlanan qadınların və ya ana olduqdan sonra fiziki vəziyyətindən məmnun olmayan qadınlar üçün əvəzsiz rolu vardır. Doğumdan sonra ən tez və sağlam şəkildə toparlana biləcəkləri və daha sonra uşaqlarının da sağlam bir şəkildə yetişməsini təmin edə biləcəkləri qiymətli bir idman növüdür.
Çünki üzgüçülük bədənin az qala bütün əzələlərinin, hətta bütün skelet quruluşunun hərəkət etməsində rol oynayır. Bunun sayəsində bədənin bütün orqanlarında qan dövranı daha sürətli gedir. Sağlam bədən quruluşunun sirri qan dövranının sürətli olması və orqanizmin bol oksigen ilə təmin edilməsidir. Bunu nəzərə alaraq üzgüçülüyün sağlamlığımız üçün necə faydalı olduğunu və bir çox xəstəliklərdən qorunmaq üçün yaxşı bir vasitə olduğunu qeyd edə bilərik.
Təbii ki qan dövranının sürətlənməsi və qanın artması yalnız əzələlərə deyil, eyni zamanda beynə də təsir etməkdədir. Tənəffüsün nizamlı, sıx və məhsuldar hala gəlməsi həm böyüklərin və yeniyetmələrin, həm də uşaqların zehni fəaliyyətinə böyük təsir göstərər. Övladınızın davamlı olaraq hərəkətsiz qalması, beyn fəaliyyətinin də yavaş və oksigensiz bir qan dövranına sahib olmasına səbəb olar. Bunün üçün ana və uşaqların həyatında üzgüçülüyün nə qədər əhəmiyyətli olduğunu unutmaq olmaz.
Bir idman olduğu üçün üzmə əsnasında hərəkət edən əzələlər daha çox enerji istehlak edər və yağlayarın əriməsinə, yaxud daha az yığılmasına səbəb olar. Beləliklə bədəndə artıq yağlayarın yığılması və ya şəkər xəstəliyinə səbəb olan bəzi problemlərin ortadan qalxmasına kömək edir.
Tənəffüs çətinlikləri yaşayanlar və astma, nəfəs yetməzliyi ilə mübarizə aparanlar üzgüçülüklə məşğul olaraq səhhətlərində böyük bir irəliləyişə nail ola bilərlər. Çünki havasız salonlarda edilən, üstəlik bütün əzələləri işlətməyən fəaliyyətlər yerinə üzgüçülüklə məşğul olmaq faydalıdır. Bu zaman oksigen baxımından əziyyət çəkməz , daha dərin və sürətli nəfəs almanıza köməkçi olarsınız.
Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ən təsirli idman növü üzgüçülükdür. Eyni zamanda bədən oynaqlarınızı işlətdiyi üçün zamanla daha da elastiklik qazanaraq oynaq və sümük çıxıqları, qırılmaları kimi problemlərlə qarşılaşmamanıza kömək olar.