Erkən və təsadüfi cinsi əlaqəlardən çəkinin və ya mütləq prezervativlərdən istifadə edin.
Narkotik qəbul etməkdən imtina edin və ya yalnız birdəfəlik şpris və iynələrdən istifadə edin.
Spirtli içkiləri qəbul etməkdən çəkinin. Sərxoş halda təsadüfi cinsi əlaqələrin baş verməsi daha çox olur.
Diş və qadın həkimlərinə müraciət etdikdə, onların əlcək taxmasına və tibb alətlərinin sterilizə olunmasına əmin olun.
Gözəllik salonları və bərbərxanalarda kəsici alətlərin (manikür alətləri, ülgüc və s.) dezinfeksiya olunmasına əmin olun.
Üz qirxma zamanı birdəfəlik lezviyalardan istifadə olunmasını tələb edin.
Həmyaşıd və yaxınlarınızla QİÇS (SPİD) haqqında danışmaqdan çəkinməyin.
Çəkinin izah olunmayan itirilməsi.
Uzun müddətli ishal.
Səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi.
Boyunda və ya qoltuqaltı batıqlarda vəzilərin böyüməsi və ağrı verməsi.
Bir aydan çox sürən öskürək.
Uzun müddətli subfebril (37) qızdırma.
Xəstəlik zamanı virus immun hüceyrələrini dağıdaraq, insanın immun sistemini, yəni infeksiyalara müqavimətini heçə endirir. Beləliklə, insan adi bir infeksiyadan vəfat edir.