Bu gün insanın dostu olan sevimli delfinlərin şəfaverici qabiliyyəti barədə məlumatı olmayan tapılmaz. Nə yaxşı ki, bu gözəl varlıqların yaxınlığında olmaq indi bizim üçün əlçatmaz deyil. Odur ki, hamı- həm yaşlılar, həm də körpəsi olan valideynlər delfinoterapiyanın vacib detallarını bilməlidirlər.
Delfinoterapiya-ultrasəs dalğaların aktiv təsiri nəticəsində orqanizmdə müsbət dəyişikliklər yaradan müalicə üsuludur. Üstəlik dəniz suyu, rəng effekti və delfinlərin güclü psixoloji dəstəyi bu təsiri iki qat artıırır. Ultrasəs tibbdə 40 ildən çoxdur istifadə olunur. Elə indi də uşaqları fonofonez adlı müalicəyə tez-tez göndərirlər. Digər metodlardan fərqli olaraq, ultrasəs badənin ayrı-ayrı hissə və orqanlarına təsir etmir, o, bütünlükdə hüceyrələrə ötürülür. Delfinlər də təbii ultrasəs mənbəyidir, hansı ki, insanı böyük həvəslə müalicə edirlər. Bədənə ötürülən ultrasəs nəticəsində hüceyrə səviyyəsində bütün orqanizmin masajı gedir, xeyirli aktiv maddələr tez və asanlıqla toxumalara daxil olur.Bununla da hüceyrə və toxumalararası mübadilə, bütün orqanizmdə mayenin dövranı yaxşılaşır. Delfinlərin səsi analgetik kimi ağrıkəsici təsir göstərir. Yarım metr məsafədən delfin sizə 500 Hers gücündə impulslar ötürəcək ki, bu da hər 2 saniyədən bir təkrarlanır.
Delfinoterapiya 1-2 dəfə ilə effekt vermir. O mütamadi seanslarla və fərdi qurulmuş proqram əsasında olmalıdır. Başlamazdan əvvəl nevropotoloq və endokrinoloqdan keçmək lazımdır.
Delfinlə ünsiyyətdən nə qazanacaqsız?
Özünüzə, ətrafdakılara, təbiətə və dünyaya qarşı fikirləriniz dəyişəcək, prinsipial mövqeyinizdən geri çəkilib, yumşalacaqsız;
Sizi özünəqapalılıq və özünütəcriddən xilas edəcək. Həyata maraq yaradacaq;
Beyinə sensor stimulyator təsiri edərək, onu aktivləşdirəcək. Aktiv beyin isə canlanan orqanizm deməkdir;
Nitq qabiliyyətinizi və intelektinizi yaxşılaşdıracaq;
Tənhalıq və depresiyanın yaratdığı mənfi emosiyaları qovacaq;
Şəxsi keyfiyyətlərinizi qaldıracaq.