Qadin.NET / Qaraciyər xəstəliklərinin qarşısını almaq üçün

Qaraciyər xəstəliklərinin qarşısını almaq üçün

Qaraciyərinizi saglam saxlamaq üçün ev şəraitində də bəzi üsullardan istifadə edə bilərsiniz. 
2 ədəd limonu ət maşınından keçirin, 50 qr sulfat turşulu maqnezium-oksidi 50 qr mineral su ilə qarışdırıb hər gün yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edin. 
Yarım litrlik bankaya 2 xörək qaşığı dəymiş və dəyməmiş limonların şirəsindən və bir diş əzilmiş sarımsaqdan atıb üstünə 250 ml isti su töküb qarışdırın. Hər səhər ac qarına yarım stəkan için. 
Bağayarpağını qaynadıb həlim hazırlayın. 100 q limon şirəsinə 200 q bal əlavə edib bağlı qazanda (sobada) 40 dəqiqə bişirib ikinci həlimi hazırlayın. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bir kasa bağayarpağı həlimindən içib, üzərindən bir xörək qaşığı ikinci qarışıqdan qəbul edin. 
12 ədəd albuxaranı əvvəlcə suda isladıb, sonra onu 2-3 saat qaynadın, suyunu soyuq halda gündə bir neçə dəfə qəbul edin. 
Qaraciyər xəstələrinə çoxlu çiyələk və xurma yemələri məsləhət görülür. 
Zirinc kökünün qabığından 25 q götürüb bir müddət suda isladıb, sonra qaynadıb suyunu süzün. Üzərinə bir az şəkər tozu əlavə edin. Yeməkdən sonra bu şərbətdən bir fincan için. 
400 ml alma şirəsinə 60 q bal əlavə edib qaynadın. Gün ərzində 3-4 dəfə yarım stəkan için. 
Qaraciyər xəstələrinin yeməklərində sarıkökdən çox istifadə edin.
13 iyun 2013
GO BACK