Revmatizm dedikdə çox adamın ağlına yüngül oynaq ağrısı gəlir. Yağış yağmazdan əvvəl yaşanan və əslində həyata çox da təsir etməyən "şirin" bir ağrı. Halbuki, yüzlərlə növü olan revmatizm doğru diaqnoz qoyulmadığı təqdirdə gəzməyə belə mane ola bilir.
Xalq arasında yağışlı havanın xəbərçisi olaraq bilinən revmatizm əslində 200-dən çox növü olan əhəmiyyətli bir xəstəlikdir. Əzələ-skelet sistemindəki strukturları tutan revmatizm ağrı, şişlik, hərəkət məhdudluğu kimi problemlərin yaşanmasına səbəb olur.
Revmatizmin iltihablı və iltihabsiz 2 ayrı növü var. Xüsusilə iltihablı revmatizm zamanında və düzgün müalicə edilmədiyi təqdirdə həyatı pis yuxuya çevirən ağrı və şişliklər yaşana bilir. Stress, D vitamini əskikliyi, çox kök olmaq, ya da nəmli mühitdə keçirilən uzun zamanlar da revmatizmin meydana gəlməsinə böyük bir zəmin hazırlayır.
Revmatizm qadınla kişi arasında ayrı-seçkilik edir!
Bir-birindən fərqli çox növü olan revmatizmdə tiplərinə görə cinsiyyət ayrı-seçkiliyi də olur. Bəzi revmatizm növlərinə kişilərdə, bəzilərinə isə qadınlarda daha tez-tez rast gəlinir. Məsələn, ankilozan spondilit xəstəliyi daha çox cavan kişilərdə, revmatoid artrit xəstəliyi daha çox qadınlarda meydana gəlir.
Revmatizmə qarşı xüsusi məsləhətlər!
- Ailənizdə revmatizm xəstəliyi olan varsa, diqqət edin: Genetik uyğunluq revmatizm növünün meydana gəlməsində əhəmiyyətli rol oynayır. Bu səbəblə ailəsində revmatizm problemi olanlar mütləq simptomlara qarşı hazır və diqqətli olmaqları lazımdır.
- Artıq çəkidən xilas olun: Artıq çəki bel və ayaqlara düşən yükü artırır və oynaq xəstəliklərinə səbəb olur. Bu səbəbdən revmatizmin meydana gəlmə ehtimalı da çox olur.
- Qidalanmaya balıq, gicitkən otu, yumurta kimi yeməkləri əlavə edin: Bədənin turşusunu artıran yeməklərdən uzaq durun. Həmçinin hər xəstəlikdə olduğu kimi revmatizmdə şəkər və emalı şəkərə dönən yeməklərdən diqqətlə istifadə etmək şərtdir. Omeqa-3, Omeqa-6 tarazlığı revmatik xəstəliklər üçün çox əhəmiyyətlidir. Bu səbəblə tərkibində Omeqa-3 olan balıq, yumurta, qoz, kətan toxumu və zeytun yağı, kalsium və C vitamini olan qidalar, gicitkən otu bu xəstələr üçün idealdır.
- Gündə 2 litr su: Bu xəstəliklərdə sağlam bağırsaq florası çox əhəmiyyətlidir. Qarında qaz, köpmə, qəbizlik kimi şikayətləri olan şəxslərin bağırsaq florasında problemlər olma ehtimalı yüksəlir. Bu səbəblə gündə ən az 2 litr su için.
- 6 aydan bir diş həkiminin nəzarətindən keçin: Diş və dişəti ilə əlaqədar problemlər revmatizmdə qıcıqlandırıcı rol oynayır. Diş problemləri, gözdən qaçan çürüklər, diş ətlərində olan qanamalar da immun sistemini pozaraq revmatizmə təkan verir. Bu səbəblə 6 aydan bir diş həkimi nəzarətindən keçin.
- D vitamini: Sümüklərin ən əhəmiyyətli dostlarından biri olan D vitamininin qeyri-kafi olması əzələ-skelet sistemində qüvvətsizliyə səbəb olub revmatizmin meydana gəlməsinə zəmin hazırlayır. Bu səbəblə xüsusilə osteoporoz sonrasında sümük ölçülərinizi vaxtında etdirməniz və lazım olan hallarda D vitamini qəbul etməyiniz lazımdır.
- Oynaq şişi və xəstəlik fəal ikən çox hərəkət etməyin: Bu dövrdə məcbur olmadıqca hərəkət etməyin. Oynaq şişi və xəstəlik fəal ikən mümkün olduğu qədər çox istirahət edin.
- Soyuq və nəmli mühitlərdən qaçın: Soyuq və nəmli havalar bəzi revmatizm növlərində xəstəliyi artırır. Bu səbəblə soyuqdan və rütubətli mühitlərdən qorunun.
- Siqaret çəkməyin: Siqaret revmatizm xəstələrində oynaq və əzələ dövranına təsir edir. Bundan əlavə zəhərli təsiri var. Xüsusilə ağciyər riski yüksək olan revmatizm növlərində siqaretdən qətiyyən istifadə edilməməlidir.
- Stressdən uzaq olun: Hər xəstəliyə səbəb ola bilən stress revmatizmin meydana gəlməsində də əhəmiyyətli bir amildir, stress immun sisteminə təsir edərək bədənin xəstəliklərə qarşı müqavimətinin azalmasına səbəb olur.
- Fiziki müalicəyə əhəmiyyət verin: Fiziki müalicədən bu xəstələrin ağrılarını aradan qaldırmaq, oynaq hərəkət açıqlığının və əzələ gücünün qorunmasında, həmçinin gündəlik həyat fəaliyyətlərinin tənzimlənməsində tez-tez istifadə edilir. Oynaq hərəkətı məşqləri, əzələ gücləndirici məşqlər və aeronik məşqlər revmatik xəstələr üçün çox əhəmiyyətlidir.