Son zamanlar sağlamlığımız üçün vacib olan meyvə-tərəvəzlərdə hormonlardan istifadə bir xeyli artmışdır. İnsan sağlamlığına mənfi təsir edən hormondan ilk dəfə 1960-cı ildə istifadə edilmişdir. İlk dəfə üzümdə istifadə edilən hormondan sonradan bütün meyvə-tərəvəzlərdə istifadə olmuşdur.
Meyvə-tərəvəzlərdə hormondan istifadə edilməsinin səbəbləri isə budur ki, hormon meyvə-tərəvəzlərin daha sürətlə böyüyüb yetişməsini təmin edir, onlar daha canlı və parlaq bir görünüş alırlar. Lakin meyvə-tərəvəzlərdə istifadə edilən hormonların insan sağlamlığına çox ciddi təsirləri var. Belə ki, bu təsirlərin sonu ölümcül xəstəlik olan xərçəngə qədər gedib çıxa bilər.
Meyvələrin içərisində olan təbii hormonlar sintetik hormonlar sayəsində aktiv hala gətirilir. Verilən dozanın uyğun səviyyədən çox verilməsi sağlamlığa zərər vura bilər.
Hormonlardan həddindən artıq istifadə edildiyi zaman onlar bədəndə olan hüceyrələrdə parçalanmır. Beləcə, bir çox xəstəliklərin yaranmasına səbəb olur.
Hormonun ən çox istifadə edildiyi məhsullar pomidor, badımcan, nüvəsiz üzüm, alma və balqabaq kimi tərəvəz və meyvələrdir. Sağlamlıq baxımından olduqca əhəmiyyətli olan bu məhsullar hormonlara görə zərərli hala gəlir.
Eyni zamanda ölçüsü böyük olan hər meyvə də hormonlu deyil. Hormonlu məhsullar çox böyük ola bilər, amma bu məhsulların formasında problemlər olur. Aradakı fərqin yaxşı başa düşülməsi vacibdir. Hormonlu qida həm də piylənməyə səbəb olur. Xüsusilə inkişaf çağındakı uşaqlar üçün hormonlu qidalar çox təhlükəlidir. Yuxusuzluq, yorğunluq, baş ağrısı, eqzema, yaddaşın itməsi və diqqət əskikliyi, depressiya, immunitet sistemində zəiflik, otoimmun xəstəliklər, yüksək təzyiq, ürək-damar xəstəlikləri, öd daşları və xərçəng xəstəliklərinə səbəb ola bilər.
Müasir dövrdə insanlar təbii qidaların dadını və qoxusunu unudub desək, yanılmarıq. Artıq çoxumuz hansı meyvə-tərəvəzin hansı mövsümdə yetişdiyini belə bilmirik. Çünki marketlərin rəflərində artıq hər mövsümdə hər cür qidanı tapmaq mümkündür. Ancaq bir çoxu hormonlu olan bu qidalar əslində sağlamlığı ciddi şəkildə təhdid edir.
Sağlamlığınızın qeydinə qalın.