Qadin.NET / DHEA - gənclik hormonu

DHEA - gənclik hormonu

DHEA - gənclik hormonu

Hormonlar görünməz, toxunulmaz, eşidilməzdir, amma sağlamlığa təsir edən ən güclü faktorlardır. Bu yazımda  DHEA - gəncıik hormonu  və onun təsirlərini oxuyacaqsınız.

DHEA - gəncıik hormonu:

DHEA (dehidropiyandrosteron) adı verilən bu hormon bədənimizin gənclik hormonudur. Xüsusilə stressə qarşı ən dəqiq və təbii həlldir. Stresə qarşı bədəndə təbii immunitet meydana gətirir və bədənin gənc qalmasını təmin edir. Bu hormonun immunitet və müdafiə sistemiylə birbaşa əlaqəsi vardır. 

Stres anında kortizon ifraz olunur. Kortizonun vəzifəsi stresi dözümlü hala gətirməkdir. Stresin ağırlığı və davamlılığı artarsa, kortizon ifrazatı da artır. Həddindən artıq və uzun davamlı ifraz bədənimizə böyük zərər verər, immuniteti aşağı salar.

Bu vəziyyətdə DHEA kortizon ifrazını azaldır və stresin təsirini yumşaldır. Yaş artdıqca DHEA hormonu azalır, kortizon ifrazatı çoxalaraq yaşlanmanı sürətləndirir.

DHEA hormonu böyrək üstü vəz tərəfindən ifraz olunur. Cinsi hormonların önündə gəlir. Qadınlarda qadınlıq hormonuna, kişilərdə kişilik hormonuna və ya stress hormonu olaraq bilinən kortizona çevrilə bilər.

DHEA - gənclik hormonu

Bu hormonu həb şəklində qəbul etmək üçün mütləq həkimə məsləhətləşmək lazımdır. Ancaq bu hormon bir çox yeməkdə mövcuddur. 

Hər növ stress DHEA istehsalını azaldır, çünki stres əsnasında ifraz olunan kortizon DHEA-ya qarşı olan hormondur. Stresi və DHEA ifrazatını azaltmaq üçün məşq edilməlidir. Açıq havada gəzmək, üzmək və buna bənzər məşqlər faydalıdır. 

Sağlam və balanslı qidalanmaq bütün hormonlar üçün ilkin şərtdir. Xüsusilə balıq, yağsız ət-toyuq və pendir kimi zülal qaynaqlarından
istifadə edilməlidir. Tərkibində b
u hormonun istehsalı üçün lazım olan əsas maddələr olan badımcan, zeytun, zeytun yağı, pendir, dəniz məhsulları, avokado kimi qidalardan istifadə etmək lazimdır.

 

DHEA - gənclik hormonu

 

Aparılan araşdırmalar bu hormonun yaşlı insanlara xaricdən verilməsiylə zehni qabiliyyətlərinin artdığını, yaddaşın və immun sisteminin gücləndiyini göstərmişdir. DHEA sümük bərkiməsinə kömək edir xərçəng, diabet kimi xəstəliklərin qarşısını alır.
DHEA hormonu, yağın bədəndə paylaşmasını  yandırılaraq enerjiyə çevrilməsini təmin edərək, eyni zamanda kökəlməyə də mane olur.

Hər şeyin başı sağlam qidalanmaqdır. Sağlam qida sağlam həyat deməkdir.  Nə qədər ki, gec deyil, yediklərimizə fikir verib sağlamlğımızın qeydinə qalaq...give_ros

2 iyun 2013
GO BACK