Qadin.NET / Bədəni toksinlərdən təmizləmə yolları

Bədəni toksinlərdən təmizləmə yolları

Bədəni toksinlərdən təmizləmə yolları


Bədənin toksinlərdən təmizlənməsi üçün bir neçə yolu vardır.Onlardan biri də sağlamlıq üçün əhəmiyyətli olan yüksək temperaturlu buhar hamamıdır.
Belə hamamlardan istifadədən əvvəl bir neçə günlük (10 gün) meyvə-tərəvəz pəhrizi saxlamaq lazımdır.Pəhriz bədəndə toplanan lazımsız maddələrin tezliklə çıxmasına kömək edəcəkdir.

Hətta yüksək hərarətli hamamlarda bədəni masaj üçün müxtəlif bitkilərdən hazırlanmış kiçik süpürgələrdən istifadə etmək daha yaxşı effekt verir.

Belə hallarda süpürgənin hansı bitkidən hazırlanmasının rolu böyükdür.

1.Tozağacı süpürgəsi: dərini təmizləməyə kömək edir.

2.Cökəağacı süpürgəsi: baş ağrısının qarşısını alır və qaraciyərin işini aktivləşdirir.

3.Palıd ağacı süpürgəsi: yağlı dəriləri yaxşıca təmizləyir,matlaşdırır.

4.Şamağacı süpürgəsi: yaxşı tər çıxaran vasitədir,bədəni rahatladır.

5.Evkalipt ağacı süpürgəsi: içərisində olan efir yağları soyuqdəyməni aradan qaldırır.

26 mart 2009
GO BACK