Qadin.NET / Arqan yağının bədənə faydaları

Arqan yağının bədənə faydaları

Arqan yağının bədənə faydaları

     Sadəcə  isti Ərəb ölkəsində yetişən 10 metrə boyunda olan arqan ağacının zeytuna bənzər meyvələri olur. Bu meyvənin çəyirdəyini  kəndlilər  qovurub, üyüdür. Bu yolla ortaya çıxan az miqdarda arqan yağından müalicəvi və kosmetik vasitə kimi istifadə edilir. Bu proses ən azı  2 gün davam edir və bu prosesdən alınan yağın miqdarı ən çox 1 litr olur. Hətta ərəb qadıları bu yağı "Duru qızıl" adlandırırlar.    

Dünya arqan yağını xeyli zamanlar öncədən kəşf etmişdir. Son zamanlarda isə bizim ölkəmizdə rast gəlmək olar. Arqan yağı kosmetika yağlarının içərisində  qidalandırma baxımından ən dəyərli və ən zəngin yağdır. Bu yağ saçda, dəridə, əldə və bədənin hər yerində isdifadə edə biləcəyiniz möcüzəvi bir yağdır. Arqan yağı tərkibli kremlər, şampunlar, əl kremləri dəri qırışıqlığının düzəlməsində möcüzəvi təsir göstərir. Bu möcüzəvi yağ dərini çox tez bir zamanda nəmləndirir və hüceyrələri yeniləşdirir. Dərinin quru və ya yağlı olmasından aslı olmayaraq hər kəs bu faydalı yağdan tərəddüd etmədən istifadə edə bilər. İstər səhər,  istər gecə  istifadə edilə bilən  bu faydalı yağı hamilə qadınlar da  hamiləlik zamanı və hamiləlikdən sonra bədəndə yaranan dəri süzülmələrinin müalicəsində istifadə edə bilər. Tez bir zamanda gözlə görünəbiləcək qədər təsir göstərir. Duru qızıl  adlandırılan arqan yağından ətir istehsalında da istifadə edirlər.

Arqan yağının bədənə faydaları

     Arqan yağından üzüm çəyirdəyinin yağını, məxmər çiçəyi, meyan kökü, peyğəmbər çiçəyi, yaşıl çay, öskürək otu, çobanyastığı yağı, lavanda və ya quşburnu ilə birlikdə qarışdıraraq istifadə etmək olar. Arqan yağının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, dərini cavanlaşdırır və təravətləndirir. Duşdan sonra bədənə çəkilən bu yağ dərinin tarımlığını qoruyan və  nəmləndirmək üçün mükəmməl, təbii  vasitədir. Arqan yağı yapışqan  bir formada olmadığı üçün yenidən duş almağa ehdiyac yoxdur. Əgər  arqan yağını duşdan əvvəl saçlarınızda  istifadə etmək istəyirsinizsə, bir miqdar ovuc içinə töküb yayın, saçların uclarından  dibinə qədər sürtün və daha sonra barmaq uclarıyla baş dərisinə masaj edin. Yağın saç diblərinə eyni miqdarda yayılması üçün iri dişli daraqdan istifadə etmək olar.Daha sonra saçlarınızı yuxarı şəkildə yığın və dəsmalla sarıyın. 1 saat gözləyin. Unutmadan onu da qeyd edək ki, dəsmalla sarımadan əvvəl dəsmalı isitmək lazımdır. Dəsmal isidilməlidir ki, yağ saçlara daha asan və tez hopsun. Bu yağı duşdan sonrada istifadə etmək istəsəniz  saçın suyunu dəsmalla aldıqdan sonra, saça parlaqlıq  və təzəlik vermək üçün darağın və ya fırçanın üstünə bir neçə damcı  töküb saçlarınızı daraya bilərsiniz. Arqan yağı saç tökülməsinin də qarşısını alır və kökdən uca qədər qidalandırır. 



15 may 2013
GO BACK