Qadin.NET / Dodaq çatlamasına qarşı vasitələr

Dodaq çatlamasına qarşı vasitələr

Dodaq çatlamasına qarşı vasitələr


Dodaqlar günəş və soyuq havanın təsiri ilə çatlaya bilir.Bəzən dodaqların müxtəlif kremlərdən istifadə edilməsinə baxmayaraq,dərisinin qopması,soyulması davam edir.Bu da alışqanlıq halına gəlir.Belə vəziyyətdən çıxış yolu vardır.
Aşağıdakı reseptlərə əməl edərək dodaqları əvvəlki sağlığına qovuşdurmaq mümkündür.

1.Yarım stəkan qoz yağı və 2 xörək qaşığı əridilmiş bal mumu.Bunlar qarışdırılaraq soyudulur,kiçik bir şüşə qaba qoyulub səhərlər dodaqlara sürtülür.

2.sadəcə təmiz bir balı dodaqlara sürtməklə 15 dəqiqə gözləyin,bu da yaxşı təsir göstərir.

3.Qızılgül yağı ilə balı qarışdırıb,bu qarışımdan səhər-axşam dodaqlara sürtün.

4.200 qr küncüt yağı ilə 50 qr bal mumunu su hamamı üsülunda əridib qarışdırın,yenə eyni üsulla səhərlər dodaqlara çəkin.

25 mart 2009
GO BACK