Qadin.NET / Bahar allergiyası

Bahar allergiyası

Bahar allergiyası
Mart ayı yaz mövsümünün ilk ayı olmaqla yanaşı, havanın, torpağın və suyun istiləşməyə başladığı, təbiətin canlandığı keçid dövrüdür. Fəsil dəyişikliyi ilə birgə insanların qidalanma vərdişləri və həyat nizamının dəyişməsi immun sisteminə də təsir edir.
Bu aylarda çiçək tozları atmosferə yayılaraq ağız, burun, göz və ciyərlərimizə qədər çatır. Xüsusilə küləkli havalardan sonra polenler havaya daha çox dağıldığı üçün şikayətlər çoxalır. Ən tipik bahar allergiyasının allergik rinit olduğu qeyd edilir.
Çiçək tozu, kif, toz, heyvan tükü və s. burun və gözlərdə qaşıntı, gözlərdə yaşarma, qızartı, burunda tutulma və axıntı, ağciyərdə isə sekresiyanın artması, öskürək və s. narahatlıqlara səbəb olur.
Bahar allergiyası necə bilinir?
Asqırma, burun tutulmasıı, burunda davamlı axıntı, gözlərdə qaşınma, sulanma, burunda, dodaqda, damaqda və boğazda qaşıntı, öskürək, baş ağrısı kimi şikayətlər olduqda həkimə müraciət etmək məqsədəuyğundur.
Bahar allergiyası
1.Siqaret çəkməyin və yanınızda siqaret çəkilməsinə icazə verməyin.
2.Tozlu  və çiçək tozlarının olduğu mühitdə olmamağa çalışın. Əgər olmaq məcburiyyətindəsinizsə, mütləq maskadan istifadə edin. Çiçək tozuna ən çox səhər erkən saatlarda və axşam saatlarında rast gəlmək olar. Bu saatlarda çölə çıxmamağa çalışın.
3.Tozcuqların uçduğu mövsümdə qapı və pəncərələri açmayın. Küləkli havalarda evdə qalmağa çalışın.
4.Burunun xarici qisiminə və göz ətrafına incə bir təbəqə şəklində vazelin çəkin, çiçək tozları vazelinə yapışmır və beləcə, buruna daxil olması əngəllənir.
5.Kondisionerlərdəki filtrləri hər ay dəyişdirin, allergiya əleyhinə olan xüsusi filtrlər alın. İçəridə olan havanı dəyişən, çöldəki havadan  istifadə etməyən xüsusi kondisionerlərdən istifadə edin.
6.Evinizdə tüklü heyvan və bitki saxlamayın.
7.Bədəninizin təmizliyinizə diqqət yetirin, tez-tez əl-üzünüzü yusanız, bədəninizə daxil olan  çiçək tozlarına maneə yarada bilərsiniz.
8.Yatmazdan əvvəl duş almaq, saçları yumaq faydalı olar.
9.Çiçək mövsümündə geyiminizi açıq havada qurutmayın. Papaq və pencəklərinizi tez- tez yuyun.
10.Tüklü və yunlu adyal yerinə pambıq və sintetik olanlardan istifadə edin.
11.Toz saxlayan  kilim, xalça kimi ev əşyalarından istifadə etməyin.
12. Çiçək mövsümündə avtomobildə gedərkən pəncərələri bağlı saxlayın.
Bahar allergiyası

Bahar allergiyası zamanı dərman müalicəsinə müraciət edə bilərsiniz. Həkimin təyin etdiyi dərmanları bahar dövrü boyunca istifadə etməyiniz məsləhətdir. Bu, narahatlıqların yüngülləşməsinə və həyatınızı sağlam şəkildə yaşamağınıza kömək edəcək. Bir çox xəstə dərmanlardan həkimin təyin etdiyi müddət boyunca istifadə etmir, narahatlıqlar keçən kimi müalicəni yarıda saxlayır. Halbuki, bahar allergiyasında dərmanlardan mütləq həkimin məsləhət gördüyü şəkildə və müddətdə istifadə edilməlidir.

Dərman müalicəsi ilə xəstəlik sağala bilər. Müalicə kimi peyvənd də tətbiq oluna bilər. Xüsusilə çiçək allergiyasında peyvən müalicəsi ilə müvəffəqiyyətli nəticələr  əldə etmək olar. Belə ki, xəstənin şikayətləri peyvənd müalicəsi ilə 60-70% azaldıla bilər. Mövsümi çiçək allergiyaları zamanı immunitet yaradan və hər il təkrarlanması lazım olan peyvəndlər də vurulmalıdır. Mövsümün  əvvəlində həftədə bir dəfə tətbiq olunan bu peyvəndlər xəstənin bütün yazı rahat bir şəkildə keçirməsini təmin edə bilər. Əgər bu peyvənd xəstəyə xeyir etməzsə, xəstəlik hələ də davam edərsə, ən azı 5 il boyunca təkrarlanması lazım olan klassik peyvəndlərə müraciət edilə bilər. Ancaq riskli müalicə üsulu olduğu üçün peyvəndlərin mütləq allergiya üzrə mütəxəssislər tərəfindən xəstəxana mühitində tətbiq olunması lazımdır. Əks halda, peyvəndlər fayda vermək yerinə, anaflaktik şok adlanan ciddi əks göstəriş yarada və ölümə səbəb ola bilər.

22 aprel 2013
GO BACK