Qadin.NET / İmplant əməliyyatı etdirənlər üçün vacib məlumatlar

İmplant əməliyyatı etdirənlər üçün vacib məlumatlar

 

İmplant etdirməzdən əvvəl və etdirdikdən sonra bu məsləhətlərə diqqət yetirməlisiniz.

Vəzifəsini yerinə gətirə bilməyən və ya əskik dişlərin yerinə bu dişlərin funksiyalarını yerinə yetirmək üçün düzədilən, çənə sümüyünə yerləşdirilən süni diş kökü implant bir müalicə üsuludur. Orijinal dişə yaxın olduğu üçün xəstələr tərəfindən seçilən implantdan əməliyyatından əvvəl və sonra diqqət yetirilməsi lazım olan əhəmiyyətli xüsusiyyətlər var.

İmplant əməliyyatından əvvəl diqqət etməli olduğunuz məqamlar

Hər hansı bir xroniki narahatlığı ya da hər hansı bir dərmana allergiyası olan (təzyiq, şəkər, ürək xəstəliyi v. s) xəstələrdə müalicədən əvvəl müəyyən təhlillərin aparılması əhəmiyyət daşıyır. Mövcud xroniki xəstəliyi olan şəxslər uzun müddət istifadə etdiyi dərmanlar haqqında mütləq diş həkimini xəbərdar etməlidir. İmplant müalicəsindən əvvəl verilən dərmanların nizamlı istifadəsi də edilən müalicənin yaxşı olmasını təmin edir. İmplantdan əvvəl laxtalanmağı gecikdirən antikoagülan dərmanlar (aspirin növü) diş həkiminin təyin etdiyi müddətdə istifadə edilməlidir. Edilən müalicədən əvvəl və sonra ağız və diş sağlamlığının əhəmiyyətini vurğulayan mütəxəssislər dişlərin nizamlı təmizlənməsi mövzusuna əhəmiyyət göstərilməsi lazım olduğunu ifadə edir.

 

İmplant əməliyyatı etdirənlər üçün vacib məlumatlar

İmplant əməliyyatından əvvəl diqqət etməli olduğunuz məqamlar

İmplant müalicəsindən əvvəlki və sonrakı müddətin əhəmiyyətli olduğunu ifadə edən mütəxəssislər implantdan sonra da qanamaların ola biləcəyini, ilk 24 saat ərzində əməliyyat aparılan nahiyə ilə çeynəmənin məhdudlaşdırılmasının lazım olduğunu bildirir. İmplantdan sonra keylik keçənə qədər yemək və içmək olmaz. Çünki hiss etmədən keyləşmiş nahiyəni dişləyə bilərsiniz ki,  bu da yaraların meydana gəlməsinə səbəb ola bilər. İmplantın tətbiqi nəticəsində ağrı olarsa, qanı duruldan dərmandan, diş həkiminin uyğun hesab etdiyi ağrıkəsicidən istifadə etmək lazımdır. İmplantdan sonra siqaret və içki bir sıra fəsadlara yol aça bilər.

Stomatoloqlar implant əməliyyatından taxminən 24 saat sonra  ilıq duzlu su, sodalı su və ya ağız qarqaralarından istifadə etməyi tövsiyə edirlər. Bunların yaranı təmizləyərək sağalmağını sürətləndirəcəyini, əməliyyatdan sonrakı ağız qoxusunu azaldaraq, mikrobların yaranmasına maneə törədəcəyini ifadə edirlər.

11 aprel 2013
GO BACK