Qadin.NET / Taxikardiya nədir?

Taxikardiya nədir?

Ürəyin bir dəqiqə ərzində döyüntülərinin sayı ürəyin sürətini müəyyən edir.Normal ritmlə müqayisədə hər hansı bir sürətlənmə və ya yavaşlama olduqda bu,insanda müəyyən xəstəliklərin meydana gəlməsinə səbəb olur.Digər tərəfdən,ürəyin sürəti insanın yaşından asılı olaraq da dəyişir.Taxikardiya dediyimiz xəstəlik isə,ürək döyüntülərinin sayının dəqiqədə 100-dən yuxarı qalxması ilə müşayiət olunur.

Bunun əksi olan hallara isə bradikardiya deyilir.Taxikardiya (taxi- sürətli,kardiya-ürək deməkdir)aritmiyanın bir tipi sayılsa da,ürək xəstəliyi kimi yox,ürək xəstəliyinin bir əlaməti kimi qəbul olunur.Ancaq taxikardiyanı həmişə ürək xəstəliyinin bir əlaməti kimi qəbul etməmək də olar.

 

Taxikardiya nədir?

 

Çünki,idmanla məşğul olmaq,qorxmaq,həyəcanlanmaq,çay və ya qəhvə içmək,həzmi çətin olan şeylər yemək,zəhərlənmək və.s. taxikardiyaya səbəb ola bilər.Ancaq bu cür taxikardiyalar daimi xarakter daşımır və "səbəb" aradan qalxan kimi taxikardiya da aradan qalxır.Digər tərəfdən,bəzi ürək və ya böyrək xəstəlikləri də taxikardiyaya səbəb olur (əlbəttə ki,bu siyahıya qızdırma və ya zəhərlənmə ilə bağlı xəstəlikləri də daxil etmək olar). 

Ümumiyyətlə isə,taxikardiyalar qulaqcıq və mədəcik taxikardiyaları olmaqla 2 yerə ayrılır.Ancaq taxikardiya ilə qarışdırılan hallar da az deyil.Məsələn,tibb dilində "palpitasiya",xalq dilində isə "ürək çırpınması" adlandırılan belə halların taxikardiya ilə bəzi fərqləri var.Belə ki,taxikardiyası olanlar tez-tez ürək çırpınmasından şikayət edirlər,ancaq taxikardiya ilə çırpınma həmişə eyni şey deyil.

Başqa sözlə,taxikardiyası olanlarda həmişə ürək çırpınması olmaya da bilər.Çünki ürək çırpınması sadəcə olaraq,ürək döyüntülərinin insan tərəfindən hiss edilməsidir.Bir sözlə,ürəyin sürətlə döyünməsi taxikardiya,bunun insan tərəfindən hiss edilməsi isə ürək çırpınmasıdır.

Ümumiyyətlə,gün ərzində orqanizmimizin müxtəlif ehtiyacları ortaya çıxır və orqanizmimiz özünü bu ehtiyaclara "uyğunlaşmaq"üçün çox ciddi -cəhd göstərir.Taxikardiya isə çox vaxt orqanizmimizin bu ehtiyaclara uyğunlaşma cəhdlərindən biri kimi ortaya çıxır.Məsələn,gündəlik həyatda idmanla məşqul olduqda da belə bir vəziyyət meydana çıxır.Ancaq təkcə idmanla məşğul olduqda yox,qorxduqda,həyəcanlandıqda,hətta sevindikdə də ürəyin "sürəti" artır.Taxikardiyanın nədən irəli gəldiyini bilmək üçün ilk şərt,həkimə müraciət etməkdir.

30 iyul 2013
GO BACK