Qadin.NET / Varikoz damar genışlənməsi nədir?

Varikoz damar genışlənməsi nədir?

Varikoz genişlənməyə  səbəb, bir çox xəstəliklərdə olduğu kimi, artıq çəki problemi ola bilər.Varikoz  bəzən, ürək xəstəliklərinin də xəbərçisi olur.Varikozdan xilas olmaq üçün, erkən diaqnozun mühüm əhəmiyyəti vardır.Varikoz genişlənmə damarların uzanması və diametrinin artması deməkdir.Bədənin hər hansı bir hissəsində əmələ gələ bilər. Ancaq bədəndə ən çox təzyiq ayaqlara düşdüyü üçün, varikozun ən çox göründüyü yerlər də ayaqlar olur.

Varikozun  meydana gəlməyində  təsirli olan bir çox faktor var: artıq çəki, hamiləlikdə yaşanan hormon dəyişməsi, estrogenli dərman istifadəsi, uzun müddət oturaq iş, uzun müddət ayaqüstü qalmaq, idmansız həyat, siqaret, spirt və yaşlılıq.
Hamiləlik, ardıcıl olaraq qorunmaq üçün  həblərdən istifadə etmək və hormonal faktorlar, varikozun  qadınlarda daha çox olmasına səbəb olur.Genetika da varikozun  meydana gəlməsinə böyük təsir edir. Anasında varikoz olan qadınlarda, bu xəstəliyin olması riski var.

 

Varikoz damar genışlənməsi nədir?

 

Damarlarımızda varikoz  olduğunu necə bilək?

Diametri 1-3 mm. arasında olan varikoz genişlənmə birinci dərəcəlidir.Birinci dərəcədə varikoz  xaricdən elə də nəzərə çarpmaz, ağrı və sızıltı çox az olar.  

İkinci dərəcə varikozda damarın diametri 4-5 mm.olur , ayaqda nəzərə çarpar, daha şiddətli ağrı və şikayətlənmələrə səbəb olur.

Üçüncü dərəcə varikozda  qıçda şişmə başlayar, sağ qıçın diametri 20 sm olsa, sol qıçın diametri 25 santimetr ola bilər. Üçüncü dərəcə varikozda ağrı şikayəti daha çox olur. Ayaqqabı geyə bilmək çətinliyi başlayar.

Dördüncü dərəcəli varikozda topuq hissədə dərinin rəngi qaraya çalar.

Sonuncu dərəcəyə gəlmiş varikoz  topuqda yaralara səbəb olur.

Ən sadə varikoz  qılça  varikozudur. Ən ciddi varikoz isə topuq ətrafında yaraya səbəb olan varikozdur.

 

Varikoz damar genışlənməsi nədir?

 

Varikoz genişlənməsi olanlar nələrə diqqət yetirməlidirlər?

    -  İsti damarları genişlətdiyi üçün, həddindən artıq  isti  duş qəbul etməyin.

    -  Çox yüksək olan dikdaban ayaqqabı geyinməyin.

    -  Uzun müddət ayaqüstü qalmamağa çalışın.

    - Həmişə hərəkətdə olmağa çalışın.Qıçları işlətdiyi üçün üzmə hərəkəti də varikoza xeyirlidir.

    - Dövran pozuqluqlarına səbəb olduğu üçün dar cins şalvar geyinməyin.

   - Artıq çəki varikozun artmasına səbəb olacağı üçün çəkinizə  diqqət yetirin.

   - Axşamlar ayaqları soyuq suda yüngül  masaj etmək və yatarkən ayaqların yüksəkdə olmasına fikir vermək lazımdır.(Məsələn,ayaqların altına balış qoymaq).

24 mart 2013
GO BACK