Qadin.NET / Şəkər xəstələri üçün pəhriz siyahısı

Şəkər xəstələri üçün pəhriz siyahısı

Şəkər xəstələri üçün pəhriz siyahısı

Tətbiq olunacaq diyetə aid nümunə, yemək siyahısı (menyu)
 Səhər  (8.00): Bir stəkan yağsız süd (şəkərsiz 200m). Bir kibrit qutusu qədər (30 qr) az yağlı və duzu azaldılmış ağ pendir.
  (11.00) 20 qr çörək və 5 ədəd yaşıl zeytun. Bir boşqab meyvə (meyvədən arzu etdiyinizi yeyə bilərsiniz)
 

Günorta yeməyi: (13.00) 60 qr çörək, 1 kasa yağsız ət suyu, şorba (içinə düyü  əlavə olunmalıdır).
75 qr qədər yağsız ət (ümumiyyətlə toyuq və ya balıq əti). 
75 qr qədər yağsız ət (ümumiyyətlə toyuq və ya balıq əti). Ətin yanında mövsümün yaşıl tərəvəzlərindən hazırlanmış tərəvəz olmalıdır.
1 qab yaşıl tərəvəz (zeytun yağı ilə bişirilmə­lidir), (tərəvəz dəyişmə siyahısına baxaraq tərəvəz növünə görə yeyə biləcəyiniz miqdarı seçə bilərsiniz).
1 böyük kasa yaşıl salat, xiyar, pomidor, kahı qarışığı (bir kasa salat, 1ç.q zeytun yağı və bol limon suyu ilə hazırlan­malı; çox duz tökülməməlidir). 1 stəkanı qədər qatıq (qaymağı alınmış olmalı) və 1 boşqab meyvə.
 (17.00)  20 qr çörək.
Bir kibrit qutusu qədər (30 qr) ağ pe­ndir.
Bir və ya iki stəkan çay (süni dadlandırıcı istifadə olunmalıdır).
 

Axşam yeməyi: Günorta yeməyinin eynisi, digərinə görə zülal miqdarı təşkil ediləcək.
  Gecə yarı (22.30) 20 qr çörək və bir stəkan yağsız süd və ya bir boşqab meyvə.

Tərəvəz dəyişmə siyahısı
Yaşıl tərəvəzlər, karbonhidrat miqdarı­na görə aşağıdakı qruplara ayrılmışdır və ifadə olunan miqdarda yeyiləcəkdir:
  Bir şorba qabı qədər (300 qr) yeyiləcəklər:
İspanaq, kahı, xiyar, və ya
Bir yemək qabı qədər ( 200 qr) yeyiləcəklər:
Kələm, pomidor, gül kələmi, badımcan, qırmızı turp və ya
2/3 yemək qabı qədər (150 qr) yeyiləcəklər:
Göy sarımsaq, balqabaq,  paxla və ya
Yarım yemək qabı qədər (100 qr) yeyiləcəklər:
Kök, göy paxla, yaşıl, göy noxud, kərəvəz, soğan və ya
Arada 1/4 yemək qabı qədər ( 50 qr)  yeyiləcəklər:
Kartof və yer alması (bu sonuncu qrup səbzə­nin sıx yeyilməməsi tövsiyə edilir).

Meyvə Dəyişmə Siyahısı
Ərik (yaşıl)  - 8 ədəd
Ərik (qırmızı) - 5 ədəd
Heyva   - 1 orta boy
Nar - yarım
Qarpız -  bir dilim
Yemiş (nadir olaraq) -  bir dilim
Çiyələk - 5-6 ədəd
Alma  - bir orta boy
Naringi - bir orta boy
Limon - iki orta boy
Armud -bir orta boy
Gilas -  5-6 ədəd
Albalı -10 ədəd
Şaftalı - 1 ədəd

 1 stəkanı sıxılmış portağal və ya alma suyu. 1 stəkan sıxılmış  Qreyfurt.
Ən çox seçiləcək meyvə: turş alma, porta­ğal və heyvadır.

Bir dilim (40 qr) ağ çörəyə ekvivalent yemək siyahısı:
Bir dilim (40 qr) çörək yerinə aşağıdakılardan birini seçə bilərsiniz:
 3 x.q quru paxla, noxud, mərci və ya paxla (bu təqdirdə ət yarı yarıya azaldılmalıdır)
 1kasa sulu qırmızı mərci.
 1kiçik boşqab makaron, əriştə.
 1 iri (100 qr) kartof ilə edilmiş qızartma.
 1 dilim duzsuz pendir və ya ispanaqla hazırlan­mış böyrək.

Qadağan yeməklər
Şirinlər: bal, cem, marmalat və siroplar.
 Xəmir işləri: mantı, kökə, şəkərli qurabiyələr, tortlar, halva və şokolad.
 Üzüm, ərik, çox şirin yemiş, şaftalı, banan, xur­ma, əncir.
 Spirtin hər növü.
 Qızartma və qovurmalarla hisə verilmiş ətlər.
 Quru yemişlər (fındıq, qoz, badam, fıstıq və şabalıd).
 Sosiska və bastırma kimi  konservlər.
 Qatı yağlar: Mayonez, kərə yağı, qaymaq və marqarinlər.
 Duzlu hazır yeməklər.

14 mart 2013
GO BACK