Piylənmənin əsas səbəbləri hansılardır?
Birincisi, irsiyyət və endokrin sisteminin pozulması
İkincisi, oturaq həyat tərzi və qeyri-düzgün qidalanma.
Piylənməyə əsasən oturaq həyat tərzi kecirən insanlarda daha cox rast gəlmək olur.
Piylənmə özünü əsas çəki artımında göstərir.Əlavə çəki bir yük olur, poliartrit, bel strukturunda dəyişikliklər, artiroza meyillilik artır. Piylənmənin ağır formaları tez-tez dermatit, ekzema və dəri qatlanmalarında hyperhidrosis (tərləmə) ilə müşayiət olunur. Qadınlarda reproduktiv funksiyanın pozulmasını, kişilərin prostat vəzi xəstəliyi riskini artırır. Həddindən artıq kök insanların ürək-damar sistemində dəyişikliklər əmələ gəlir ki, bu da öz növbəsində infarkta və ateroskleroza gətirib çıxara bilər.Nəticədə ürək çatışmazlığına tənəffüs sisteminin pozulması, bronxit tutulması, sətəlcəm və ağciyər fibrozu əlavə olunur.
X sindromu
Son zamanlar alimlər kompleks metabolik problemlər və piylənmə ilə bağlı xəstəliklərin araşdırılmasını aparıblar .Nəticədə onlar bu xəstəlikləri ümumi bir ad altında - "metabolik sindrom" - birləşdirdilər.Aşağıdakı simptomların ən azı üçü olduqda metabolik sindromun olması diaqnozu qoyula bilər:
- Artıq cəki
- Hipertoniya
-Qanda şəkərin səviyyəsinin artması
- Erkən ateroskleroz
- İşemik ürək xəstəliyi;
- Qadınlarda kişi cinsi hormonlarının səviyyəsinin artması.
Xoşbəxtlikdən, xəstəlik korrektə edilir. Təbii ki, bu proses uzun sürür və tədricən aparılır.