Əziz Qadin.Net xanımları, bu dəfə sizlərə siqareti tərgitməyin yollarını təqdim edirəm. Düzdür, qadınlar arasında siqaret çəkənlərə az hallarda rast gəlinir. Bəlkə də elə xanımlarımız var ki, yoldaşı siqaret çəkir və bu, xanımlarımızın xoşuna gəlmir. Siqaretdən yaxa qurtarmaq üçün birlikdə çarə axtarırlar. Siqareti tərgitmək üçün tətbiq olunan dərman müalicəsində müvəffəqiyyət əldə etmək şəxsin siqareti tərgitməyə qərarlı olması və ortaya çıxa biləcək problemlərə müqavimət göstərməsilə sıx bağlıdır. Bu səbəblə köməkçi proqramlar vasitəsilə şəxsin müqavimətinin dəstəklənməsi daimi nəticə alına bilməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Professor Erdem Yeşilada siqareti tərgitmək istəyənlər üçün bitki çaylarından alınacaq dəstəyin faydalı ola biləcəyini bildirir. Qərənfil tumurcuqları ilə hazırlanan çayın 1 ay müddətində qəbul edilməsi bədəndə yığılan nikotin maddəsinin kotinin halına çevrilməsini sürətləndirir və bədəndən sürətlə atılmasını təmin edir.
Qərənfil çayı verilən könüllülərin 38 %-də siqaretdən asılılıq əlamətlərinin əhəmiyyətli ölçüdə azaldığı və bu gedişlə hər hansı çətinliklə qarşılaşmadan siqareti tərgitdikləri bildirilir.
Erdem Yeşilada qərənfil çayının qəbulunu asanlaşdırmaq üçün darçın qabığı ilə birlikdə hazırlanmış qarışığa melissa (oğulotu) yarpağı əlavə edilərək, gündə 3-4 dəfə bir neçə stəkan içilə biləcəyini ifadə edir. Melissa siqareti tərgitməklə yanaşı, əsəbiliyin aradan qaldırılmasına da kömək edəcək və gözəl ətri ilə qərənfil-darçın qarışığının ləzzətini artıracaqdır.