Yağlar əsas qida elementlərindən birini təşkil edir. Bədənimizi maşına bənzətsək, bu maşını yaradan eyni zamanda güclü yanacaq və enerji anbarı olan yağları da bizə lütf etmişdir. Aldığımız kalorilər bədənimizdə yağ kimi yığılır, enerjiyə ehtiyac olduğu zaman bu yağlar yandırılaraq enerji əldə edilir. Əgər ehtiyac olduğundan çox qidalansaq, bədənimizdə yığılan yağlar ehtiyat enerji qaynağı olmasından daha çox bədən üçün xəstəlik qaynağı olar. Başda ürək xəstəlikləri və bəzi xərçəng xəstəliyi olmaqla bir çox xəstəliklərə həddindən artıq piylənmənin səbəb oldugu göstərilmişdir. Yağlar canlı bitki və heyvan hüceyrələrində sintez edilir. Ancaq bunun üçün əvvəl yağ turşuları əldə edilməlidir.Əldə edilən yağ turşuları qliserol ilə birləşərək yağ əmələ gətirir. Bir molekul və ya bir vahid yağda 3 ədəd yağ turşusu olur. Bunların hamısı tək növ yağ turşusu, eləcə də ikisi və ya üçü fərqli yağ turşusu ola bilər.

Yağlar qidalarla alındıqdan sonra bəzi metabolik yollardan keçərək öncə komponentlərə ayrılır. Daha sonra ehtiyac duyulan yağ turşuları mövcud yağ turşularından yenidən sintezlənir. Bunların da qliserin molekulu ilə birləşməsindən yenidən yağ əldə edilir və bədənin enerji ehtiyacına sərf olunur. Yağların bir-birindən fərqli olması yağ turşularının fərqliliyi ilə ölçülür. Məsələn, zeytun yağındakı yağ turşularıyla günəbaxan və ya qarğıdalı yağının yağ turşuları arasında həm miqdar, həm də keyfiyyət baxımından fərqlilik vardır.Yəni hər yağ növünün özünəməxsus yağ turşusu kompozisiyası vardır. Biz bu yağları müxtəlif mənbələrdən qida kimi aldığımız zaman yağ turşularını da almış oluruq. Əgər biz aldığımız qidalarla ehtiyacımız olan yağları kifayət qədər təmin edə bilmirksə, kompensasiya üçün bədənimizdə yağ sintezi olur. Ehtiyac duyduğumuzdan daha çox karbohidrat alsaq, o zaman bu karbohidratlar yağa çevrilir və bədəndə yığılır. Bəzi xüsusi konfiqurasiyaya sahib olan yağ turşuları vardır ki,bunlar bədənimizdə istehsal oluna bilməz. Bu yağ turşuları mütləq xaricdən alınmalıdır. Bunlar Omeqa-3-6-9 yağ turşularıdır.
Son aparılan tədqiqatlarda qanlarında Omeqa-3 yağ turşusu az olan uşaqların davranış, təhsil və sağlamlıq problemləri olduğu bildirilmişdir. Bu yağ turşularının çatışmazlığından susuzluq, tez-tez sidiyə getmək, dəridə və saçlarda quruluq yaranır. Məktəb yaşlarındakı uşaqların 3-5%-nin davranış pozğunluğu olduğu bildirilmişdir. Bunu ətraf mühit də daxil olmaqla bir çox amillə əlaqələndirirlər.Əvvəldən davranış pozğunluğu problemi olan 6-12 yaş arasındakı uşaqlar üzərində aparılan araşdırmalarda Omega-3 yağ turşusu səviyyəsi aşağı olan 53 uşağın təxminən 40 %-də hiperaktiv nizamsızlığı ilə əlaqədar diqqətsizliyin olduğu sübut edilmişdir.

Balıq yağı gözlərimizin sağlamlığı üçün xeyirdir.Sperma hüceyrələrində sağlamlığı qorumaq üçün Omega-3 balıq yağı müəyyən müddət qəbul edilməlidir. O, uşaqlarda sümüklərin inkişafına da kömək edir. Balıqda olan Omeqa-3 yağ turşusu yaşlanmanı gecikdirir, miqrenin qarşısını alır, immuniteti gücləndirir. Allergiyası və astması olanlar nizamlı olaraq balıq yağı qəbul etməlidirlər. Depressiya sindromu kimi psixoloji problemlərin yaşanmaması üçün balıq yağından istifadə edilməlidir. Omeqa-3 iflic riskini də azaldır.