Qadin.NET / Bu vərdiş psixoloji mənşəlidir

Bu vərdiş psixoloji mənşəlidir

Bu vərdiş psixoloji mənşəlidir

Dırnaq yemək vərdişi necə yaranır?

Dırnaq yemək vərdişi daha çox kimlərdə yaranır? Hansı səviyyədə dırnaq yemək vərdişi ciddi bir psixoloji problemin göstəricisidir? Bu vərdiş yalnız kosmetik bir problem deyil,  həm də psixoloji pozğunluqlara işarə edən bir vərdişdir. Bəs dırnaq yemək vərdişi necə yaranır? 

Dırnaq yemək vərdişi (digər adıyla onikofagiya) dırnağı davamlı olaraq ağıza aparmaqdan başlayan və qanadıb formasını pozacaq qədər dırnağı yeməkdir. Orta səviyyədə olan dırnaq yemək davranışı dırnaq qayçısından istifadə etmək lazım olmayacaq şəkildə, dişləri ilə dırnaqlarını sabit bir qısalıqda tuta bilmək kimi təyin oluna bilər.  

Dırnaq yemək vərdişi qəribə bir davranış kimi izah oluna bilər. Ümumiyyətlə, bu vərdiş uşaqlıq, ya da yetkinlik dövründən başlayır. Dırnaq yemək vərdişi tez-tez hiss edilən narahatlıqla baş edə bilməmək nəticəsində ortaya çıxır. Əlavə olaraq, şəxsin sosial əlaqələrdə yaşadığı çətinliklər buna səbəb ola bilər. Aparılan araşdırmalar nəticəsində dırnaq yeməyin stress, ya da həyəcan yaradan hallarla üzləşən, bunların öhdəsindən gəlməyə çətinlik çəkən şəxslərdə ortaya çıxdığı aşkarlanıb. Eyni zamanda, çətinlik çəkənlərdə də dırnaq yemək vərdişi inkişaf edə bilər.

Dırnaq yemək vərdişinin mənfi fiziki nəticələri ilə yanaşı, sosial nəticələri də vardır. Bu davranış insanlarda ikrah hissi yaradır. Buna görə də dırnaq yeyən şəxs sosial həyatında insanlardan təcrid olunmağa və ya lağa məruz qala bilər. Bu amilin özü də dırnaq yemək vərdişini artıran stressə yol aça bilər.

Dırnaq yemək vərdişi psixoloji mənşəlidir və mütləq psixoloqa müraciət etmək lazımdır. Psixoterapevt bu problemi həll edəcək. Ancaq vəziyyət daha da ciddi olarsa, psixiatrla məsləhətləşməklə dərmanlarla müalicə tətbiq oluna bilər. 

 

18 fevral 2013
GO BACK