Maşının çəni yüksək oktanlı benzin ilə doldurula,mühərrik saz vəziyyətdə ola bilər,lakin havanın verilməsini dayandırsaq,mühərrik bir neçə saniyədən artıq işləyə bilməz.Mühərrikin işləməsi üçün ona oksigen lazımdır.Yanacaq və oksigen oksidləşmə adlanan kimyəvi reaksiyaya girir.Oksidləşmə zamanı enerji əmələ gəlir və istilik ayrılır.
Bir neçə il bundan əvvəl soyuq dekabr günlərinin birində beş nəfərdən ibarət ailə Milad bayramını dağlarda qeyd etmək üçün Kaliforniya ştatının San-Bernardino şəhərinə yola düşürlər.Milad bayramı ərəfəsində onlar qaldıqları çox rahat evin qonaq otağında toplaşaraq,sobanı yandırırlar.Yatmamışdan əvvəl onlar bütün pəncərələrin yaxşı bağlandığına və bayırdan soyuq gəlmədiyinə əmin oldular.Milad bayramı günü evdə sakitlik hökm sürürdü. Şerif evə gələndə bütün ailə üzvlərini oksigen çatışmazlığından boğulub ölmüş vəziyyətdə tapdı.
Heyvan və bitki aləmi arasında çox gözəl sinergik əlaqə mövcuddur.Heyvanlar bitki aləmi üçün zəruri olan karbon 4-oksidi hasil edir.Bitkilər isə öz növbəsində heyvanların həyatı üçün zəruri olan oksigen ifraz edir.
Orqanizmin yanacağı qidadır.Bu yanacağı yandıran oksigen nəfəs aldığımız hava ilə orqanizmimizə daxil olur.Oksigensiz orqanizm öz fəaliyyətini hətta yaşamaq üçün vacib olan minimum səviyyədə belə saxlaya bilmir.Beləliklə, tənəffüs həyat üçün vacib olan elə bir fizioloji prosesdir ki,onsuz həyat mümkün deyil.
Siz etiraz edə bilərsiniz: "Nə olsun ki?Tənəffüs təbiidir,o,qeyri-iradi şəkildə baş verir.Bu haqda fikirləşməyə belə dəyməz,orqanizm özünə lazım olan oksigeni alır". Bəlkə bu, həqiqətən belədir.Bəlkə də belə deyil.Tanıdığım insanların çoxu nəfəs almağı bacarmırlar. Çoxları sənaye tullantıları ilə çirklənmiş hava ilə,yaxud daha pis - tütün tüstüsü ilə nəfəs alırlar.