Qışda havaların soyuq keçməsi ilə əlaqədar olaraq insanlar adətən qripdən çox əziyyət çəkirlər. Meyvələr isə bu sərt havalarda xəstəliklərdən qorunmaq üçün ən gözəl vasitədir. İmmun sistemini gücləndirmək baxımından meyvələrlə yanaşı,onların şirəsi də böyük əhəmiyyət kəsb edir. Qışda yararlı olan meyvə şirələrinin faydaları :
Portağal şirəsi: C vitamini deposudur.Yorğunluğu azaldır.İçərisindəki liflər sayəsində insanda toxluq hissi yaradır.Kalsiumla zəngindir.
Nar şirəsi: Qışın ən ideal meyvələri sırasında özünəməxsus əhəmiyyətə malikdir. Kalsium, B6,B9,C vitaminləri,dəmir,maqnezium və fosfor tərkiblidir.Antioksidant xüsusiyyətlərə malikdir.Bədəndə dəri hüceyrələrini bərpa edir,qan dövranını yaxşılaşdırır.
Alma şirəsi: B3 və E vitaminlərinin cəmindən ibarətdir.Bədən və fiziki yorğunluğu,stressi aradan qaldırır,gözəl əhval-ruhiyyə bəxş edir.