Qadin.NET / Əllərinizi tez-tez yumaqla xəstəliklərdən qorunun

Əllərinizi tez-tez yumaqla xəstəliklərdən qorunun

Əllərinizi tez-tez yumaqla xəstəliklərdən qorunun


Əlləri yumaqla 30 saniyədə xəstəliklərə qarsı müqavimət qazana bilərsiniz. Bu alısqanlıq uşaqlara da qazandırılmalıdır.
Təmizliyin insan sağlamlığı üçün böyük əhəmiyyəti var.Əlləri yumaq xəstəliklərdən qorunmada çox əhəmiyyətlidir. Yoluxucu xəstəliklər yuyulmayan əllər vasitəsilə yayılır. Təmiz görünən əllərdə belə xəstəlik yayan minlərlə mikroorqanizm vardır. Qrip, soyuqdəymə, sarılıq və bağırsaq parazitləri əllər vasitəsilə ağzımıza, oradan da bədənimizə yayılır.  Buna görə də insanın təmizliyə riayət etməsi böyük əhəmiyyət daşıyır. Xəstəliklərdən qorunmada ən təsirli və ən ucuz üsul tez-tez əlləri yumaqdır.

Uşaqlar daha həsasdır
Uşaqların bədən müqaviməti daha zəif oldugu üçün onlar daha asanlıqla xəstələnirlər. Hətta uşaqların böyük bir qisimi yalnız əllərini yumadıqları üçün ətrafdan tutduqları mikroblar səbəbilə xəstələnirlər.  Məktəbdə uşaqlar arasında pozan və qələm alış-verişi də mikrobların ötürülməsinə səbəb olur. Öskürmə və asqırma yoluyla bu əşyalara bulaşan xəstəlik yaradan mikroblar əllər vasitəsilə də yoluxur.

 

Əllərinizi tez-tez yumaqla xəstəliklərdən qorunun

 

Əl yuma vərdişini kiçik yaşlardan aşılayın
 Kiçik yaşlardan etibarən əl yuma vərdişinin aşılanması ilə xəstəliklərlə mübarizə başlamış olar. Valideynlər məktəb çağında da uşaqlarının bu vərdişi davam etdirməsini təmin etməlidir.

Yalnız su ilə edilən təmizlik kafi deyil:

 Əl təmizliyində məqsəd zərərli mikrobları uzaqlaşdırmaqdır. Yalnız su ilə edilən təmizlik gözlə görünən çirki təmizləyir, lakin çox da təsirli olmaz. Tam təmizlik üçün su ilə birlikdə sabundan istifadə edilməlidir. Xüsusilə bu vəziyyətlərdən sonra əllər yaxşı-yaxşı yuyulmalıdır:
 Yemək yemədən əvvəl və yemək yedikdən sonra.
 Tualetdən istifadə etdikdən sonra.
 Çiy ət, toyuq, balıq və yumurtaya toxunduqdan sonra.
 Pozulmuş qida və zibillərə toxunduqdan sonra.
 Asqırma və öskürmə əsnasında ağzımızı əllərimizlə bağladıqdan sonra.
 Nəqliyyat vasitələri, pul alveri, telefondan ortaq istifadədən sonra.
 Pişik, it və digər heyvanlara əl vurduqdan sonra.
 Məktəbdən və işdən evə gəldikdən sonra.

Mobil telefonla ayaq yoluna girməyin:
Mobil telefonlar ən başlıca mikrob qaynağıdır. Bizimlə birlikdə ayaq yoluna belə girən mobil telefon ətrafdakı mikrobları yığıb əl, ağız və dərimiz yoluyla bu mikrobları bizə ötürür.
 Ayaqyolu və duşun təmizliyinə diqqət yetirərik, ancaq qapı dəstəkləri yaddan çıxar. Onları da tez-tez təmizləməyi unutmayın.
 Ayaqyolu və duşu təmizləmək üçün ucuz vasitələr əvəzinə, tanınmış markaların  məhsullarından istifadə etməniz daha doğrudur.
 Mətbəx stolu bakteriyaların törəyib yayılması üçün əlverişli yerdir. Bunu önləmək məqsədiylə stolun üstünü tez-tez sabunlu isti su ilə təmizləyin. İstifadə etdiyiniz bezləri hər gün yuyub qaynadın.

29 yanvar 2013
GO BACK