Qadin.NET / Mikrobların düşməni

Mikrobların düşməni

 Mikrobların düşməni

 

1877-ci ildə iki alim - Daunz və Blant günəş şüalarının mikroblara məhvedici təsirini kəşf etdilər. Bu alimlər bir neçə sınaq şüşəsində qidalı mühit yaradaraq bakteriyalar əkdilər.Təsadüfən bu bakteriyalardan bir neçəsi günəş şüasının təsirinə məruz qaldı. Nəticədə kölgədəki sınaq şüşələrində olan bakteriyalar çoxalmış, günəş şüalarına məruz qalan sınaq şüşələrində isə bu baş verməmişdi.

1903-cü ildə danimarkalı uşaq həkimi Nils Fensen vərəmin günəş işığının köməyilə müalicəsinə görə tibb sahəsində Nobel mükafatına layiq görülmüşdür. Bu infeksion xəstəliklərin helioterapiya metodları ilə müalicəsi sahəsində aparılan sonrakı tədqiqatlara böyük təkan verdi.

Angina, sətəlcəm, doğuş sonrası qızdırma da daxil olmaqla bir çox infeksion xəstəliklər zamanı günəş işığıyla müalicə çox müsbət təsir edir. Bundan əlavə günəş işığı infeksiyanın qarşısını almağa da kömək edir. 

 

Çox böyük miqdarda mikroblar mövcuddur.Onlar paltarda, dəridə və hətta qaranlıq otaqların döşəməsində, divarlarında və mebelin üzərində toplanırlar. Pəncərənin açılması istiliyin azalmasına səbəb olsa da, açıq pəncərədən düşən günəş şüaları mikrobları məhv edir. Yataq mələfəsinin, xüsusilə də gec-gec yuyulan və təmizlənən əşyaların bir müddət açıq havada saxlanılması çox vacibdir.

Kompüterlərin köməyi ilə aparılan elmi tətqiqatlar göstərir ki, insan dərisinin üst qatında olan canlı orqanizmlərin sayı bütün dünyada yaşayan insanların sayından çoxdur. Onların əksəriyyəti zərərsiz bakteriyalar, göbələklər və viruslardır. Lakin bu fakt bir çoxlarının tez-tez duş və ya vanna qəbul etməsi üçün bəhanəyə çevrilə bilər. Bu fakta çox ciddi yanaşmayın, əks halda əsəbi bir insana çevriləcəksiniz. Digər tərəfdən,əlbəttə ki, vanna qəbulundan da imtina etməyin.

 

 Mikrobların düşməni

 

Gündəlik mövzulardan söz açmışkən, qeyd edim ki yuyulmuş paltarların günəşdə, təmiz havada qurudulması da köməyə çatır. Bir sıra inkişaf etmiş ölkələrdə böyük şəhərlərin küçələriylə gəzərkən, binaların eyvanlarında asılmış üstü patlarlarla dolu ipləri görəndə, bilirsən ki, bu evdə ən azından nəmdən əmələ gələn mikrob azdı.

Əgər evinizdə kimsə qripə yoluxubsa, pəncərəni bağlamayın, pərdələri çəkməyin. Unutmayın, günəş şüaları özünün tam spektrilə evinizdə artmağa başlayan bakteriya və virusları öldürəcək. 




26 yanvar 2013
GO BACK