Qadin.NET / Dolğun dodaqlar

Dolğun dodaqlar

Dolğun dodaqlar


Dodaq dolğunlaşdırma əməliyyatı dodaqlarının çox incə olmasından şikayətlənən və ya da dodaqlarına cazibədarlıq qazandırmaq istəyənlərin üstünlük verdiyi estetik əməliyyatdır. Bu əməliyyat tarix boyu qadınların gözəllik simvolu kimi qəbul edilən dodaqlarına çox fərqli bir görüntü qazandırır. Dodaqların diqqətəçarpan hala gətirilməsi məqsədilə edilən dodaq dolğusu sosial həyatda da qadınlar üçün vacib bir xüsusiyyətə çevrilmişdir.

 

Dolğun dodaqlar

 

Sadəcə görünüşünü gözəlləşdirmək üçün deyil, eyni zamanda bəzi hormonal fəaliyyət, zədələr, toxumanın dəstək quruluşunun zamanla azalması ilə əlaqədar dodaqların həcmini itirməsi zamanı da dodaq dolğusu tətbiq edilir.


Dolğun dodaqlar


Dodağa necə həcm verilir?

 

Qadınların dodaqlarına həcm və dolğunluq qazandırmaq üçün günümüzdə tez-tez istifadə edilən dodaq dolğusu əməliyyatında dodağın genetik quruluşu çox pozulmayacaq. Dodaq dolğusu estetik əməliyyatında sadəcə dodağın kənarları diqqətə çarpacaq dərəcədə müəyyənləşdirilir və dodaqlar daha həcmli və dolğun olur. Bu əməliyyatda ilk olaraq həkim müayinəsindən keçmək lazımdır.Həkiminiz dodağınızın üzünüzdəki mövqeyini və dolğudan sonrakı görünüşünü dəyərləndirir.

 

Dolğun dodaqlar

 

Əməliyyata başlamamışdan əvvəl xəstəyə anesteziya tətbiq edilir, Daha sonra çox incə iynələr vasitəsi ilə dodağın içinə dolğu maddəsi vurulur.Dodaq dolğunlaşdırma əməliyyatı 20-30 dəqiqə ərzində həyata keçirilir və xəstə əməliyyat sonrası gündəlik həyatına davam edə bilər.

18 yanvar 2013
GO BACK