Qış fəslinin soyuqlarında həm sizi isti saxlayacaq, həm də soyuq hava ilə gələn qış xəstəliklərinə qarşı "Qış çay"ı necə hazırlanır və içinə nələr əlavə olunur sizlərlə bölüşmək istəyirəm.
Qış çayının içərisində immunitet sistemini gücləndirəcək, C vitamini olan bitkilər yer almaqdadır.Qış çayı düzənli olaraq hər axşam yeməkdən sonra içilir.İçildiyi zaman bədəniniz C vitamini baxımından zəngin olub, xəstəliklərə qarşı da qüvvətlənəcək.Qış fəslində xəstəliklərdən qorunmaq üçün Envaiçeşit bitki çayı da var,alıb istifadə edə bilərsiniz. Ancaq bu bitki çayı evinizdə hazırlayacağınız qış çayının yerini verə bilməz, bundan əmin ola bilərsiniz.
Zəncəfil
İtburnu
Ekinezya
Hibiskus
Qərənfil
Cökə
Hazırlanması:
Qış çayının hazırlanması olduqca sadədir.Yuxarıda göstərilən bütün bitkilərdən bir tutum götürüb, əvvəlcədən qaynadılmış iki stəkan suyun içərisinə əlavə edin və 10 dəqiqə dəmlənməyə qoyun.Qış çayının dadını artırmaq üçün baldan da istifadə edə bilərsiniz.
Üstəlik, bal öskürəyi də kəsir. Hər zaman sağlam olaq...