Dr.Mehmet Öz və Dr.Michael Roizen-dən qriplə mübarizənin 5 yolu
Dr.Mehmet Öz və Dr.Michael Roizen "Qripin zarafatı yoxdur" deyirlər və qrip mövsümünün içində olduğumuz bu günlərdə belə ciddi xəstəliyə rast gəlməmək üçün qarşısını alacağımız tədbirləri başa salacaqlar. Qrip mövsümünün tam ortasında, ən soyuq günlərdəyik. Burun axıntısı və üşümə ilə başlayan əlamətlər sizi evdən işə gedə bilməyəcək qədər ağırlaşdıra bilər. Qrip hər il Amerikada 200 min adamı xəstəxanalıq edərkən, 30 mindən çox adamın da həyatının itirməsinə səbəb olur. Virusun təsirini azaldacaq dərmanlar insanın özünü bir az daha yaxşı hiss etməsini təmin edər və xəstəlik vaxtını azalda bilər. Amma təbii ki, ən yaxşısı ilk başdan qripə tutulmamaqdır.Özümüzü qripdən qorumaq üçün bir neçə asan və işə yarayacaq yol var.
1.Qrip peyvəndi olun. Xəstəliyin yüzdə yüz qarşısını alınacağının təmini olmasada son illərdə peyvəndin 100/60 ilə 100/70 nisbətində təsirli olduğu meydana çıxdı. Bunun üçün belə tədbir görülməlidir. Ən yaxşısı həkimə müraciət edin və peyvənd olmaq istədiyinizi söyləyin. Sadəcə beş dəqiqənizi alacaq bu proses və iki həftəyə qədər öz təsirini göstərəcək. Sizi bütün qış və bahar mövsümü boyunca qripdən uzaq tuta biləcək.
2.Əllərinizi tez-tez yuyun və gün ərzində ən cox işlətdiyimiz kompüterin klaviaturasını təmizləyin. Buna telefonunuzu, qapı dəstəklərini, su kranını,soyuducunu qısası hər gün sıx istifadə etdiyiniz və başqaları ilə paylaşdığınız hər şeyi daxil edin. Ətrafınızda virus daşıyanlar varsa istifadə etdiyiniz əşyalara toxunaraq və ya nəfəs yolu ilə virusu yaya bilər, üstəlik bunun fərqində belə olmazlar. Siz belə bu xəstəliyin sizə təsir etməyə başladığını fərq etmədən virusu ətrafa yaymağa başlayarsınız.
3.Hərəkət etməyə davam edin.Daimi nizamla edilən idman bədəninizin sadəcə görünən qisimləri üçün deyil immunitetinizi gücləndirmək üçün də lazımlıdır.Fiziki fəaliyyət sistemi ilə immunitet funksiyaları arasında dəqiq əlaqə vardır və araşdırma aparanlar xüsusi olaraq bunların təsirlərini təyin etməyə çalışırlar.60 yaşdan yuxarı qadınlarda edilən bir araşdırmada,hərəkətli həyat yaşayan qadınların,davamlı oturaq həyatı yaşayan qadınlara nisbətən immunitet sistemi reaksıyalarının daha sürətli olduğu meydana çıxdı.
4.Bol-bol yatın.Qorxuducu qrip virusuna tutlarsanız bədəninizin qriplə mübarizə edəcək gücdə olması vacibdir.İmmunitet sisteminizin virusla müvəffəqiyyətlə mübarizə edə bilməsi üçün enerjiyə ehtiyacı vardır.Yuxu ilə keçirdiyiniz saatlarda bədəniniz dinlənməyə və məğlub olmamağa çalışır.Az yuxu yatmaq,daha az enerji və zəifləyən immunitet sistemi deməkdir.
5.Yediklərinizə diqqət yetirin.Yediyiniz yeməklərdəki vitaminlərlə immunitet sisteminizə güc qazandıra bilərsiniz.D3 vitamini immunitet sisteminizə kömək edər.Qışda günəş şüalarından lazımı qədər faydalanmaq çətin olacağından qida möhkəmləndiriciləri ilə bunun öhtəsindən gəlmək mümkündür.Eyni zamanda qrip olduğunuz müddət boyunca soyuqdəymənin 100/50 nisbətində azaldığı görülən toyuq şorbası,C vitamini istifadə edə bilərsiniz.