Qadin.NET / Duzdan dərman düzəldin

Duzdan dərman düzəldin

Duzun yeməklərə dad verməklə yanaşı, dərman kimi faydalı olduğunu bilirdinizmi? Əslində duzun bir çox xəstəliklərə faydalı olması çox qəribə faktdır. Çünki duz istər yaşlılar, istərsə də təzyiqdən əziyyət çəkənlər üçün təhlükəlidir. İndi isə görək duzdan hansı xəstəliklərin müalicəsində istifadə etmək olar.

 

Baş ağrısı, miqren-Plastik bir torbaya 8 ədəd buz və 2 xörək qaşığı duz qoyun. Torbanı yaxşıca çalxalayıb duzla buzun bir-birinə qarışmasına imkan verin. Ağzını bağlayaraq alnınıza və ya gicgahınıza qoyun. 

Boğaz ağrısı və səs batması- Bir desert qaşığı duzu bir stəkan isti suda həll edin və bu tərkiblə gündə bir neçə dəfə qarqara edin. 

Öskürək, bronxit-Bir xörək qaşığı duzu qaynar suya əlavə edin və üzünüzü bu suyun buxarına tutun.

Zökəm, selikli qişa xəstəlikləri- Bir desert qaşığı duzu  isti suda həll edin və bu duzlu suyu gündə bir neçə dəfə burnunuza çəkin. 

Dərisi quru üzlər- Bir xörək qaşığı duzu bir litr suda qaynadıb ilıqlaşana qədər soyudun və süngəri bu suda isladaraq üzünüzə sürtün. 

Dərisi kələ-kötür əllər-Bir ovuc duzu bir az südlə qarışdırıb qatı tərkib hazırlayın. Bu tərkibi qalın təbəqə şəklində sürtün.Əlcək geyinərək 20 dəqiqə saxlayın. 

Ekzema, dəmirov xəstəliyi - 150 qr duzu 37 dərəcə temperaturlu suda həll edin və bu suda 20 dəqiqə vanna qəbul edin.

Qan çibanı- Bir xörək qaşığı duzu bir litr isti suda həll edin və bir parçanı bu suda isladıb çibanın üstünə qoyun.

Böcək dişləməsi- Bir az duzu bir neçə damcı su ilə qarışdırın və bu məhlulu həşəratın dişlədiyi yerə sürtün. Duzlu su qaşınmanın qarşısını alır. 

Kəpəkli saçlar-Başınızı yuduqdan sora islaq başın dərisini duzla masaj edin. Duzu 10 dəqiqə başınızda saxlayın, sonra saçınızı yaxalayın. 

Təzyiqiniz aşağıdırsa- Təzyiqi aşağı olanlar səhərlər yəməkdən əvvəl bir stakan ilıq mineral suya duz əlavə edib içsələr,faydalı olar. 

Əsəbilik,yuxusuzluq- Duz vannası gərgin əsəblər üçün faydalıdır. Ekzemada olduğu kimi 150 qr duzu 37 dərəcə temperaturlu suda həll edin və bu suda 20 dəqiqə vanna qəbul edin.


11 yanvar 2013
GO BACK